BolgeXeber.Com » Xəbərlər » Sumqayıtda şagirdi döyən müəllim işdən çıxarılacaq - Direktordan AÇIQLAMA(VİDEO)

Sumqayıtda şagirdi döyən müəllim işdən çıxarılacaq - Direktordan AÇIQLAMA(VİDEO)

14-01-2016, 10:59
Oxunub: 2 829 Sumqayıtda şagirdi döyən müəllim işdən çıxarılacaq - Direktordan AÇIQLAMA(VİDEO)“Dərs vaxtı şagirdi döyən tarix müəllimi ciddi şəkildə cəzalandırılacaq”

Bu sözləri modern.az-a açıqlamasında hadisənin yaşandığı Sumqayıt şəhər 22 saylı orta məktəbin direktoru Tahirə Səfərova deyib. O qeyd edib ki, müəllim və şagirdlə danışılıb və izahatları alınıb.

“Hadisə keçən həftənin sonlarında yanvarın 9-10-da olub. Lakin şagird hadisəni nə valideynlərinə nə də bizə deyib. Bu video yayıldıqdan sonra həm şagird, həm müəllimlə danışılıb. Tarix müəllimi İdris Hüseynov şagirdin dəfələrlə dərsə hazır gəlməməsindən əsəbləşərək, bu addımı atdığını deyir. Şagird 10 dəqiqə bundan qabaq otaqdan çıxıb və o da dərsə hazır olmadığı üçün müəllim tərəfindən döyüldüyünü etiraf edib”.

T.Səfərova vurğulayıb ki, müəllim böyük ehtimalla işdən azad olunacaq.

“Müəllim ciddi şəkildə cəzalandırılacaq və böyük ehtimalla işdən azad olunacaq”.

Qeyd edək ki, Sumqayıt şəhərindəki 22 saylı məktəbdə çəkilən videoda aydın görünür ki, əsəbləri soyumayan müəllim həmin şagirdi sinifin küncünə apararaq döyməkdə davam edir. Sinifdə olan uşaqlar həmin müəllimə xəbərdarlıq edib ki, şagirdin səhhətində problem var. Buna məhəl qoymayan müəllim döyməyə davam edir.
Bolgexeber.com