BolgeXeber.Com » Xəbərlər » Füzuli rayonunda istehlak bazarına nəzarət tədbirləri gücləndirilib-FOTO

Füzuli rayonunda istehlak bazarına nəzarət tədbirləri gücləndirilib-FOTO

15-01-2016, 12:35
Oxunub: 2 515 Füzuli rayonunda istehlak bazarına nəzarət tədbirləri gücləndirilib-FOTOİstehlak bazarında süni qiymət artımının qarşısını almaq məqsədilə rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə komissiya yaradılmışdır

Füzuli rayon İcra Hakimiyyəti rayonda süni qiymət artımının qarşısının alınması məqsədi ilə aiddiyyati qurumların nümayəndələri ilə birgə istehlak bazarına daim nəzarət edir, qiymətlərin süni şişirdilməsi, süni mal qıtlığı, qiymətlərdə manipulyasiya hallarına yol verilməməsi və digər sui-istifadə hallarının qarşısının alınması üçün bu sahəyə nəzarət tədbirlərini gücləndirir.
Son günlər manatın məzənnəsinin aşağı düşməsi ilə qiymətlərin artmasını bəhanə edərək rayonda sabitliyi pozmaq cəhdlərinin qarşısı qətiyyətlə alınmışdır. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun Bala Bəhmənli kəndi ərazisində (Dörd yol adlanan yerdə) əsas bazarının yerləşdiyi yerdə topdan və pərakəndə satış mərkəzlərində olmuş, əhali ilə söhbət edib ərzaq məhsullarının qiymətləri ilə maraqlanmışdır. Alıcı satıcılarla söhbət zamanı müəyyən olmuşdur ki, hazırda rayon ərazisində 50 kq-lıq unun bir kisəsinin qiyməti 24 manatdır. Rayonun topdan və pərakəndə satış mağazalarında kifayət qədər un var və bu sahədə heç bir problem yoxdur. Alı Alıyev dörd yol adlanan ərazidə yerləşən bazarda və topdan satış mərkəzlərində olarkən əhalinin istehlak səbətinə daxil olan ərzaq məhsullarının qiymətində ele də ciddi artım müşahidə edilmədiyi, rayonda süni mal qıtlığının mövcud olmadığı müəyyən edilmişdir.
İstehlak bazarında süni qiymət artımının qarşısını almaq məqsədilə rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə komissiya yaradılmışdır. Komissiyanın üzvləri rayon ərazisində yerləşən bazarlara və topdan və pərakəndə satış mağazalarına gündəlik nəzarət tədbirləri həyata keçirirlər.
Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq Rayon İcra Hakimiyyəti aidiyyati qrumlarla birgə istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparır, qiymət artımının səbəblərini araşdırır və müvafiq tədbirlər görür. Rayon ərazisində qiymətlərin süni şişirdilməsi, qiymətlərdə manipulyasiya hallarına yol verən istehsalçılar, idxalçılar və ticarət obyektləri barədə qanunvericilikdə nəzərdə tutulan tədbirlər görülür.
Bolgexeber.com
Füzuli rayonunda istehlak bazarına nəzarət tədbirləri gücləndirilib-FOTO
Füzuli rayonunda istehlak bazarına nəzarət tədbirləri gücləndirilib-FOTO
Füzuli rayonunda istehlak bazarına nəzarət tədbirləri gücləndirilib-FOTO
Füzuli rayonunda istehlak bazarına nəzarət tədbirləri gücləndirilib-FOTO