BolgeXeber.Com » Xəbərlər » “Respublika Stend Atıcılığı İdman“ məktəbinin direktoruna ağır ittiham...

“Respublika Stend Atıcılığı İdman“ məktəbinin direktoruna ağır ittiham...

16-01-2016, 11:31
Oxunub: 5 612 “Respublika Stend Atıcılığı İdman“ məktəbinin direktoruna ağır ittiham...Respublika Stend Atıcılığı İdman məktəbin müəllimləri Prezident İlham Əliyevə müraciət edib

Müracətdə deyilir:

"Salam, hörməli redaksiya!

Sizə müraciət edərək xahiş edirəm ki, media nümayəndələri olaraq bizlərə köməklik göstərəsiniz və Prezident İlham Əliyevə ünvanlı bu müraciətimizi dərc edəsiniz.
Hörmətli cənab Prezident! Sizin idmanımızın inkişafı uğrunda atdığınız uğurlu addımlar alqışa layiqdir və təəssüf ki, bu uğura kölgə salmaq, mane olmaq istəyənlər var. Söhbətimiz olimpiya idman növü olan Stend atıcılığından gedir. Bu idmanda qələbəmiz cəmi bir nəfərin Zemfira Meftəhəddinovanın adı ilə bağlıdır. Çox təəsüflər olsun ki, onun qələbəsindən sonra ölkəmiz Avropa olimpiadasında olduğu kimi həmişə ən axırıncı yerləri tutub. Məsələn, təkcə 2010-cu ildə İtaliyanın Lenato şəhərində stend atıcılığı üzrə dünya kuboku yarışları keçiriləndə bu turnirdə ölkəmizi təmsil edən hər 3 xanım atıcımız çıxışını başa vurub. Sidney Olimpiya oyunlarının qalibi Zemfira Meftəhəddinova, onun qızı Reqina Meftəhəddinova, eləcədə Nurlana Cəfərova stend atıcılığının “skeet” növündə atəş xəttinə çıxdılar və medalçılar sırasına düşə bilməyib. Bunun da əsaslı səbəbləri var. Belə ki, yığmanın baş məşqçisi Hafiz Cəfərov bu idmanı ailəvi idmana çevirib. Nazirlər Kabinetinin qərarı ilə yaradılmış "Respublika Stend Atıcılığı İdman" məktəbinin direktoru onun oğlu Emin Cəfərovdur, idmanın Səngər növü üzrə məşqçi üzrə məşqçi arvadı milliyəti şübhəli olan Liliya Konstanyansı təyin edib və bütün yarışlara da oğlu və gəlini Emin və Nurlanə Cəfərovlar gedir. Bu idmanın inkişafı tamamilə məhv edilib. Heç bir yarışda nəticə göstərə bilmirlər. Ölkədaxili yarışlarda özlərinin ətrafından olan uşaqlara saxta nəticə yazırlar. Yarışlar vaxtı özləri həm məşqçi, həm də hakim olurlar. Dövlətin bu idmana külli miqdarda pul ayırmasına baxmayaraq, ancaq öz ailəsi və 2-3 nəfər (hər dəfə) illərdi yarışlara gedir və heç bir nəticə də göstərə bilmirlər. Avropa Olimpiadasında həmişəki kimi çox uğursuz çıxış etdilər və ən axırıncı yerləri tutdular, amma buna baxmayaraq, heç bir dəyişiklik olmadı. Hafiz Cəfərov ağır dialez xəstəsidir, məşqlərə gələ bilmir və baş məşqçi kimi xaricə gedə bilmir, buna baxmayaraq hələ də baş məşqçi postundadır.

Cənab Prezident!

Sizə müraciətimin əsas məqsədi onun arvadı Liliya Konstanyans və oğlu barədədir. Ölkəmiz nə qədər tolerant olsa da hərbi idman növü sayılan Stend Atıcılığının başına milliyyəti şübhə doğuran və bu idmanın ölkəmizdə inkişafını öldürmək üçün əlindən gələni edən Liliya Konstanyansa həvalə etmələri, həmçinin onun oğlu Emin Cəfərova həvalə olunması böyük səhvdir. Bu biabırçılıqdır. Bu qadın guyaki əməkdar məşqçidir, amma o adı ona 1976-cı ildən baş məşqçi olan əri Hafiz Cəfərov verdirib. Təzə stendin tikilməsinə baxmayaraq onlar hələ də Xususi Dövlət Mühafizə Xidmətinin hərbi hissəsində məşq edirlər. Hərbi hissəyə hər dəfə atmaq üçün gələn çoxlu kənar şəxslər daxil olur.

Cənab Prezident! Sizə müraciət edirik və xahiş edirik bu məsələ ilə bağlı araşdırma aparılmasına göstəriş verəsiniz. Bu gün Liliya Konstanyans idmançı yetişdirmir, ora gələn gəncləri məhv edir. Dövlət tərəfindən idmana ayrılan pulları əri, özü və oğlu ilə birlikdə talamaqla məşğuldur. Rusiyada yaşayan qohumlarına bizdən oğurladığı pulları göndərir. Yarışlar keçirdilmir. 2015-ci ildə ölkədaxili heç bir yarış olmadı. Çünki Liliya və oğlu Emin bu idmanın inkişafına icazə verməyəcəklər. Çünki gənc atıcılar gələcəyin snayperləridir.

Millət olaraq bu biabırçılığa göz yumuruqsa, ona ortaq oluruq. Çox xahiş edirik, bu məsələ araşdırılsın və ictimailəşdirilsin. Qanında Azərbaycanlı qanı axan hər bir insan buna biganə qalmamalıdır.
Təqib olunmamaq üçün ozumüz barədə mməlumatı məxfi saxlamağı xahiş edirik. Sizə maraqlı olsa, onsuz da araşdıracaqsınız.

Bir daha Sizlərdən xahiş edirik, bu məsələyə biganə qalmayasınız.

Qeyd edək ki, müraciətdə dəqiqləşdirilməli və yoxlanılmalı bir sıra məqamlar olduğundan ixtisarla verildi və tam mətni aidiyyəti üzrə Dövlət Təhlükəsizlik Komitəsinə, Gənclər və İdman Nazirliyinə, həmçinin Prezident Administrasiyasına göndərilib. Nəticəsi barədə əlavə məlumat veriləcək.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.(tezadlar.az)