Hacıqabulda “20 Yanvar-Azərbaycan tarixinin qanlı yaddaşı” adlı tədbir keçirilib
19-01-2016, 19:11
Oxunub: 4 097
20 Yanvar-Azərbaycan tarixinin qanlı yaddaşı
19.01.2016-cı il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinə həsr olunmuş “20 Yanvar-Azərbaycan tarixinin qanlı yaddaşı” adlı tədbir keçirildi.Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Aytən Zülfəliyeva açdı, bir dəqiqəlik sükutla şəhidlərin ruhu yad edildi.Sonra Aytən Zülfəliyeva geniş məruzə ilə çıxış etdi və qeyd etdi ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir.O ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi bu təcavüz xalqımızı mənəvi cəhətdən sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.Tariximizin bu səhifəsi imperiya güllələrinin səsindən açılsa da, şəhidlərimizin qanı ilə yazıldı.
Sonra “Hacıqabul” qəzetinin əməkdaşı Səadət Kərimova və Mərkəzin bələdçisi Şəbnəm Mehdiyeva çıxış etdilər. Mərkəzin “Kiçik Heydərçilər” dərnəyinin üzvlərinin ifasında 20 Yanvara həsr olunmuş şeirlər səsləndirildikdən sonra “20 Yanvar” sənədli filminə tamaşa edildi.Sonda Heydər Əliyev Mərkəzinin dərnək üzvləri ilə rayon Tarix Diyarşünaslıq muzeyinin birgə hazırladığı rəsm sərgisinə tamaşa edildi.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər