Uşağı öldürən “Brizol” klinikası: “İşi yoluna qoyacağıq” - FOTO
21-01-2016, 17:51
Oxunub: 19 062
Bakının “Brizol” göz klinikası 5 yaşlı uşağın əməliyyat zamanı ölümünü ictimaiyyətdən gizlətməyə çalışır
Axar.az klinikada Qusar sakini, 5 yaşlı Yusif İbrahimovun əməliyyat masasında ölməsinin səbəblərini araşdırıb. Klinikanın qəbul şöbəsi suallarımızı cavablandırmaq üçün menecer Təranə xanıma yönəltdi. Menecer isə əməkdaşımızın suallarına ətraflı cavab verməkdən yayınaraq, bu işin klinikanın daxili məsələsi olduğunu dedi. Hətta hadisəni “yoluna qoyacaqlarını” (?) da əlavə etdi.
Bizimlə söhbətdən yayınmağa çalışan klinika nümayəndəsi qısa şəkildə bildirdi ki, 5 yaşlı Yusif klinikaya daxil olarkən onun problemləri var imiş: “Həkim onu əməliyyat edib və evə yola salıb. Yəni, ölüm faktı burda qeydə alınmayıb”. Təranə xanım uşağı hansı həkimin əməliyyat etdiyini də açıqlamadı. Menecer öz soyadını belə təqdim etmədi. Yenidən qəbul şöbəsinə müraciət etdik və baş həkimlə görüşmək istədiyimizi onların diqqətinə çatdırdıq. Qəbul şöbəsindən bildirildi ki, nə mətbuatla əlaqəli şəxs, nə də baş həkim iş yerindədir. Odur ki, menecerdən başqa suallara kimsə cavab verə bilməz.
Uşağı öldürən klinika: “İşi yoluna qoyacağıq” -
Nərimanov Rayon Prokurorluğunun növbətçi hissəsindən Axar.az-a bildirildi ki, ölüm faktını müstəntiq Orxan Rüstəmov araşdırır. Qeyd edək ki, çəpgözlük səbəbindən əməliyyata qaldırılan uşaq həkim səhlənkarlığının qurbanı olub. Ona anesteziyanın düzgün verilmədiyi bildirilir. Hadisə iki gün əvvəl baş verib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər