BolgeXeber.Com » Xəbərlər » Sumqayıtda 15 yaşlı qızın dəhşətli intihar səbəbi: “Ana, məni bağışlayın, sizə yük ola bilməzdim”
Sumqayıtda 15 yaşlı qızın dəhşətli intihar səbəbi: “Ana, məni bağışlayın, sizə yük ola bilməzdim”
26-01-2016, 09:05
Oxunub: 4 914
Aydanın ən böyük arzusu ürəyində qaldı...
Xəbər verdiyimiz ki, ötən gün Sumqayıt şəhərində 15 yaşlı orta məktəb şagirdi Aydan Əsgərzadə özünü dənizə ataraq intihar edib.
Nəsrəddin Tusi adına 12 saylı orta məktəbin 8-ci sinif şagirdi olan A. Əsgərzadənin intihara əl atmasının səbəbi hər kəsdə sual doğurur.
15 yaşlı məktəbli qız canına niyə qıydı?
Məktəbin direktoru Mətanət Abdullayeva AzVision.az-a açıqlamasında A. Əsgərzadənin intihar etməzdən öncə ailəsinə məktub yazdığını bildirib.
Direktorun sözlərinə görə, A. Əsgərzadənin intihar etməsinə səbəb ailəsinin maddi durumunun aşağı olmasıdır.
“Aydan çox həssas qız idi. Müəllimləri ondan razı idilər, dərslərə hə zaman hazırlıqlı gəlirdi. Heç kimin ondan narazılığı yox idi. Aydan intihar etməmişdən öncə anasına məktub yazıb. Məktubda qeyd edib ki, “ana məni bağışlayın, sizə yük ola bilməzdim”. Aydan yoxsul ailədə böyüyüb. Onun əkiz bacısı da var. İki bacı bir sinifdə oxuyurdu.
Bildiyimə görə, Aydan həkimə getməli imiş, amma pulları olmadığı üçün ailəsi onu xəstəxanaya apara bilməyib. Anası Aydana deyib ki, pulumuz yoxdur, səni həkimə apara bilməyəcəyik. Bundan sonra qız təsirlənib və canına qıyıb”
Direktorun sözlərinə görə, Aydanın ən böyük arzusu tələbə olmaq idi: “Universitetə daxil olmaq onun ən böyük arzusu idi. Aydanı hansısa bir məsələ narahat edən kimi şəxsən mənim özümə və müavinlərimə yaxınlaşıb deyirdi. Heç vaxt gözləməzdim ki, Aydan intihar edər. Onun ölümünə inana bilmirik”.
Qeyd edək ki, faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər