Daşkəsəndə maşın körpüdən aşdı; Vəzifəli şəxslər öldü-FOTO
26-01-2016, 19:29
Oxunub: 3 996
Daşkəsəndə ağır yol-nəqliyyat qəzası baş verib
Araşdırma aparılır.
Daşkəsəndə körpüdən aşan avtomobil rayon Mədəniyyət və Turizm İdarəsinə məxsus olub.
Bu gün saat 18 radələrində Daşkəsən rayonun Bayan kəndi ərazisində ağır yol nəqliyyat qəzası baş verib.
Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri, rayon sakini, 1953-cü il təvəllüdlü Hacı Məmmədov şöbəyə məxsus “Niva Chevrolet” markalı avtomobillə Daşkəsən şəhərindən Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və Qoşqar çayı üzərində olan körpüdən təxminən 20 metr hündürlükdən çaya aşıb.
Qəza zamanı sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin 1984-cü il təvəllüdlü Gəncə şəhər sakini, Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon şöbəsinin rəhbəri Elvin Haqverdiyev isə ağır bədən xəsarəti alıb. O xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər