Səlim Müslümovdan işçilərinə irad: ”Bəs siz nədən ötrüsünüz?”
27-01-2016, 13:06
Oxunub: 4 933
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun bu günlərdə Neftçalada keçirdiyi qəbulda bir sıra maraqlı anlar yaşanıb
Bu barədə qəbulda iştirak etmiş rayon sakini Elnarə Zeynalova xəbər verib.
O bildirib ki, qəbul zamanı ünvanlı sosial yardım almaq üçün nazirə müraciət edib: “Səlim Müslümova dedim ki, mən aztəminatlı ailəyəm. Ünvanlı sosial yardım almaq istəyirəm. Tabeliyimdə azyaşlı uşaq var.
Lakin müvafiq sənədləri hazırlaya bilmirəm. Bunu dedikdə cənab nazir üzünü Neftçala rayonunun əhalinin sosial müdafiəsi mərkəzinin işçilərinə tutaraq, “Bəs siz nədən ötrüsünüz? Sənədləri toplamaqda bu sakinə kömək edin” – deyə onlara irad bildirdi. Nazir tapşırıq verdi ki, mənim ünvanlı sosial yardım almağıma kömək etsinlər”.
Rayon sakini bildirib ki, nazir qəbulda iştirak etmiş bütün sakinlərin problemlərinin həlli ilə bağlı lazımi tapşırıqlar verib. (Publika.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər