BolgeXeber.Com » Xəbərlər » Alı Alıyev Füzulidə əhaliyə göstərilən tibbi xidmətlə tanış olub - Fotolar

Alı Alıyev Füzulidə əhaliyə göstərilən tibbi xidmətlə tanış olub - Fotolar

28-01-2016, 15:40
Oxunub: 3 075 Alı Alıyev Füzulidə əhaliyə göstərilən tibbi xidmətlə tanış olub - FotolarFüzuli RİHB Alı Alıyev rayonda əhaliyə göstərilən tibbi xidmətin vəziyyəti ilə yerində tanış olub

Füzuli rayonunda əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması, həkim-xəstə münasibətlərində şəffaflığın təmin olunması, imtiyazlı xəstələrin pulsuz dərman preparatları ilə təmin olunmasına nəzarətin daha da gücləndirilməsi məqsədilə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev məcburi köçkünlərin məskunlaşdıqları İkinci Zobucuq qəsəbəsindəki Poliklinikada və Böyük Bəhmənli kəndi ərazisindəki Tibb Mərkəzində olmuş, burada insanlara göstərilən tibbi xidmətin səviyyəsi ilə maraqlanmış, əhali ilə görüşüb söhbət etmişdir.
Alı Alıyev Prezident cənab İlham Əliyevin insana qayğı, əhalinin səhiyyə, sağlamlıq məsələlərini daim diqqət mərkəzində saxlanılması barədə tapşırıq və göstərişlərini xatırlatmış, tibb işçilərinə, həkimlərə vətəndaşların incidilməsi, imtiyazlı xəstələrin pulsuz dərman preparatları ilə təmin edilməsi, həkim-xəstə münasibətlərində şəfaflığın, ən əsası insana qayğının təmin olunması ilə bağlı tapşırıq və tövsiyyələrini xatırlatmışdır.
Alı Alıyev demişdir ki, rayonun bütün yaşayış məntəqələrində tibb ocaqları, həkim məntəqələri fəaliyyət göstərir, rayonda özəl tibb müəssisəsi olmadığı üçün burada əhaliyə göstərilən xidmətlər də pulsuzdur.
Görüşdə MRX-nın baş həkimi Soltan Əliyev, Füzuli Tibb Mərkəzinin baş həkimi Cümşüd Məmmədov əhaliyə göstərilən tibb xidmətinin vəziyyəti barədə məlumat vermişlər.
Rayon sakinləri və xəstəxanada müayinə olunan məcburi köçkünlər onlara göstərilən tibbi xidmətin səviyyəsindən razılıqlarını bildiriblər. Göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.
Hər iki tibb mərkəzində tibbi müayinədən keçən rayon sakinləri ilə söhbət edən Alı Alıyev ölkə başçısı cənab İlham Əliyevin qarşıya çıxan nöqsanların, neqativ halların qarşısının alınmasında ictimai nəzarətə böyük əhəmiyyət verdiyini, dəfələrlə bu məsələyə münasibət bildirdiyini vurğulamışdır. Qeyd etmişdir ki, tibb məntəqələrində, ayrı-ayrı idarə müəssisələrdə onların incidilməsi halları baş verərsə ictimai nəzarət qaydasında rayon İcra Hakimiyyətinə və aidiyyəti orqanlara məlumat versinlər.
Sonda Alı Alıyev bir daha tibb işçilərinə həkim-xəstə münasibətlərində şəffaflığın təmin edilməsi, imtiyazlı xəstələrə dərman pereparatlarının vaxtında verilməsini tapşırmış, Prezident cənab İlham Əliyevin ölkə vətəndaşlarının sağlam böyüməsi, onlara bütün sahələrdə nümunəvi tibb xidmət göstərilməsi, heç bir kəsin incidilməməsi barədəki tapşırıqlarını sösüz icra etmələrini tövsiyyə etmişdir.
Bolgexeber.com
Alı Alıyev Füzulidə əhaliyə göstərilən tibbi xidmətlə tanış olub - Fotolar
Alı Alıyev Füzulidə əhaliyə göstərilən tibbi xidmətlə tanış olub - Fotolar
Alı Alıyev Füzulidə əhaliyə göstərilən tibbi xidmətlə tanış olub - Fotolar
Alı Alıyev Füzulidə əhaliyə göstərilən tibbi xidmətlə tanış olub - Fotolar