1 dollara hansı ölkədə nə almaq olar? (SİYAHI)
30-01-2016, 15:28
Oxunub: 7 883
Londonda da bu pulla heç nə almaq olmaz
Dünyada iqtisadi böhranın tüğyan etdiyi vaxtda insanların yaşayış səviyyəsi günü-gündən pisləşir. Əgər əvvəllər 1 ABŞ dollarına əməlli-başlı bazarlqı etmək mümkün idisə, indi bu mümkün deyil. Hətta elə dövlətlər var ki, orada 1 dollara heç nə almaq mümkün deyil.
Bəs 1 ABŞ dollarına hansı ölkədə nə düşür?Bolgexeber.com BAKU.WS-a istinadən həmin siyahını təqdim edir:
Qrenlandiyada 1 dolara 1 litr benzin almaq mümkündür.
Kanadada bu pula bir alma düşür. Haitidə 1 ABŞ dollarına 1 kiloqram düyü düşür. Avstraliyada isə bu məbləğə 60 saniyə telefonla danışmaq mümkündür.
İordaniyada isə 1 dollara çipsi və 1 stakan kola almaq mümkündür. Meksikada bu pula 40 ədəd banan almaq olar. Səudiyyə Ərəbistanında 1 dollara 1 kilometr taksi ilə getmək olar. Keniyada 1 dollar məbləğində pula 4 pomidor və 4 ədəd soğan düşür. İndoneziyada 1 dollara bir qab yemək verirlər.
1 dollara İsveçrədə ancaq bir dilim pendir almaq olar. Filippində bu pulla ayaqlarınızı masaj etdirə bilərsiniz.
Norveçdə 1 dollara demək olar ki, heç nə düşmür. Danimarkada bu pulla yerli pendirdən 50 qram almaq, yaxud 5 kiloqram çirkli paltar yudurtmaq olar. Hindistanda 1 dollara şəkər tozu almaq olar. Zimbabvedə isə 1 dollara 1 çörək verirlər. Cənubi Koreyada isə bu pulla ancaq küçədə yemək olar.
Londonda da bu pulla heç nə almaq olmaz. Meksikada isə 1 kiloqram kələmi 1 dollara satırlar. Amerikada da bu pula bir butulka qazlı su almaq olar. Los-Anceles şəhərində isə 1 dollara avtobusda getmək olar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər