Hacıqabilda Gənclər günü münasibəti ilə tədbir keçirilib
1-02-2016, 16:13
Oxunub: 8 331
01.02.2016-cı il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 2 fevral Gənclər günü münasibəti ilə tədbir keçirildi
Əvvəlcə rayonun bir qrup qabaqcıl gənci başda İcra Hakimiyyətinin başçısı olmaqla Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.Tədbir Heydər Əliyev Mərkəzinin zalında dəyirmi masa ətrafında davam etdirildi.Yığıncağı rayon Gənclər və İdman idarəsinin rəisi Saleh Əsgərov açdı.Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra rayon İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarov çıxış edərək bütün gəncləri bayram münasibəti ilə təbrik etdi.Çıxışının sonunda cənab Əhməd Muxtarov bayram münasibəti ilə rayonun bir qrup qabaqcıl gənclərinə İcra Hakimiyyətinin Fəxri Fərmanını, qiymətli hədiyyələrini və Yeni Azərbaycan Partiyasının biletlərini təqdim etdi.Sonra YAP rayon təşkilatının sədri Hafiz Bəşirov, Meyniman kənd tam orta məktəbin müəllimi Aytən Təhməzova, “Gilan Seramik” parkı kafel-metlax zavodunun işçisi Cavid Qəhrəmanov, Rayon Heydər Əliyev Mərkəzinin işçisi Şəbnəm Mehdiyeva, şəhər 4 saylı orta məktəbin hərbi müəllimi Farid Qasımov çıxış etdilər.Sonda bir daha İcra Hakimiyyətinin başçısı gənclərə fəal olmağı, müxtəlif ideyalarla təşəbbüs göstərməyi tövsiyyə etdi və daima gənclərin yanında olduğunu qeyd etdi.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər