Mələkxanımın bacısı işdən çıxarılıb - Rüşvət verməyib İDDİA
15-02-2016, 15:03
Oxunub: 3 743
Xalq artisti Mələkxanım Əyyubovanın bacısı işdən çıxarılıb
“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Şamaxı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Məleykə Kamilova bir neçə gün əvvəl işdən azad olunub. Daha sonra qeyd olunur ki, buna səbəb xalq artistinin bacısından rüşvət tələb olunmasıdır. O isə pulu vermədiyi üçün işindən kənarlaşdırılıb.
Məsələni dəqiqləşdirmək üçün Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə əlaqə saxladıq. “Qafqazinfo”ya açıqlamasında şöbə müdirini əvəz edən Rafael Tağızadə Məleykə Kamilovanın öz ərizəsi ilə işdən ayrıldığını bildirib: “Məleykə Kamilovadan heç kim pul istəməyib. Sadəcə Məleykə xanımdan yox, burada heç kimdən pul tələb olunmayıb. Tamamilə səhv məlumatdır, qərəzli informasiyadır. Mədəniyyət müəssisəsindən heç kim pul istəmir. Məleykə xanım öz istəyi ilə ərizə yazaraq çıxıb. Eşitdiyimə görə, səhhətində olan problemlərə görə işdən ayrılmalı olub və yaxın zamanlarda yeni bir işlə də təmin olunacaq”.
Sözügedən məlumatla bağlı Məleykə Kamilovanın fikirlərini öyrənmək istəsək də, o, telefonlarımıza cavab verməyib.
Bacısı Mələkxanım Əyyubova “Qafqazinfo”ya açıqlamasında bu kimi işlərə qarışmadığını söyləyib: “Mən elə işlərə qarışmıram, sənətçi adamam”.
Qeyd edək ki, Məleykə Kamilova eyni zamanda gənc müğənni Mirkamil Kamilovun anası, müğənni Ramal İsrafilovun isə bibisidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər