Ağcabədidə tibbi bacısını kimlər və necə öldürdülər? – TƏFƏRRÜATLAR
15-02-2016, 15:44
Oxunub: 3 479
Prokurorluq cavab verir
Baş Prokurorluq Ağcabədi rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstünün açılması ilə bağlı məlumat yayıb.
Bolgexeber.com-a daxil olan məlumatda bildirilir ki, polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.
Belə ki, fevralın 10-da saat 21:30-da rayon sakini, 1956-cı il təvəllüdlü Kamilə Əhmədovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş tədbirlər nəticəsində cinayətin Ağcabədi şəhər sakinləri, 1983-cü il təvəllüdlü Cəlal Mənsimov və 1985-ci il təvəllüdlü Samir İsayev tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından, onlar fevralın 14-də tutularaq istintaqa cəlb olunub.
İstintaqla müəyyən edilib ki, fevralın 10-da C.Mənsimov S.İsayevlə qabaqcadan əlbir olaraq tamah məqsədilə K.Əhmədovanın yaşadığı evə daxil olmaqla bıçaq və ütü ilə onun baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürüb, daha sonra mənzidə qızıl və digər qiymətli əşyaların axtarışı nəticəsiz qaldığından hadisə yerini tərk ediblər.
İstintaq zamanı üzərində qanabənzər ləkələr olan bir ədəd mətbəx bıçağı hadisə yerinin yaxınlığından tapılaraq maddi sübut kimi götürülüb.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər