Cəlilabadda əhalinin tibbi müayinəsinə başlanılmışdır-FOTO
15-02-2016, 16:34
Oxunub: 3 632
Cəlilabad rayon Mərkəzi Xəstəxanasında yaradılmış həkim briqadası tərəfindən əhali kütləvi şəkildə tibbi müayinədən keçirilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən fevralın 15-dən başlayaraq respublikanın hər yerində olduğu kimi, Cəlilabad rayonunda da əhalinin tibbi müayinəsinə başlanılmışdır.Bununla əlaqədar rayon icra hakimiyyəti başçısının Sərəncamı ilə komissiya yaradılmış, əhalinin müayinəsinin səmərəli təşkilindən ötrü qrafik tərtib olunmuşdur.
Bolgexeber.com xəbər verir ki, müayinənin ilk günündən başlayaraq Cəlilabad rayon Mərkəzi Xəstəxanasında yaradılmış həkim briqadası tərəfindən əhali kütləvi şəkildə tibbi müayinədən keçirilir.Müayinəyə gələn vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sərəncamları ilə əsaslı təmir edilərək yenidən qurulmuş və ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş Mərkəzi Xəstəxanada yüksək səviyyədə təşkil olunan pulsuz müayinədən razı qaldıqlarını, bu diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirirlər. Artıq bu gün yüzlərlə rayon sakinləri tibbi müayinədən keçirilmişdir. Xəstəlik müəyyən olunmuş şəxslər müalicə edilməkdən ötrü aidiyyatı üzrə istiqamətləndirilir.Əhalinin kütləvi şəkildə tibbi müayinədən keçirilməsi may ayının 2-dək davam etdiriləcəkdir.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər