Bərdədə şəhidin doğum günü adını daşıyan məktəbdə anıldı- FOTO
15-02-2016, 20:19
Oxunub: 4 840
Şəhidimizin ruhu bir dəqiqəlik sükutla yad edildi
Bu gün Bərdə rayon Gənclər və İdman idarəsinin,YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin, Təhsil şöbəsinin və Azərbaycan Qarabağ müharibəsi veteranları,əlilləri və şəhid ailələri İctimai Birliyinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi məqsədi ilə şəhid Zeynalov Hafiz Tahir oğlunun adını daşıyan Gərənə kənd tam orta məktəbində şəhidin doğum günü münasibəti ilə anım tədbiri keçirilib.
Tədbirdən öncə məktəbin ”Şahin” komandasının üzvləri,bir qrup müəllimlər,ailə üzvləri və qonaqlar “Şəhidlər xiyabanı”nda olmuş mərhumun məzarına əklil və qərənfillər qoymuş,onun ruhuna dualar oxumuşlar.Sonra şəhidin evində olmuş ,sovqat verilmiş,atası və ailə üzvləri ilə söhbət edilmişdir. Şəhidimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri məktəbin direktoru Teymur Həmidov açaraq qonaqları təqdim etdi və Hafiz Zeynalovun keçdiyi qısa,lakin şərəfli ömür və döyüş yollarından danışdı. Qarabağ Müharibəsi Veteranları,Əlilləri,Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Etibar Hüseynova çıxış edərək Respublikada şəhidlərin xatirəsinə,şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan söz açaraq bu mənada Bərdə rayonunun seçilən bölgələrdən olduğunu bildirdi. Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov çıxış edərək Azərbaycan gənclərinin,eləcə də Bərdə gənclərinin Qarabağ savaşında göstərdikləri şücaətdən,ulu öndərin onlara verdiyi yüksək qiymətdən,ölkə Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan,idarənin baş məsləhətçisi Aydın Qasımov, gənc nəslin vətənpərvər ruhda böyüməsi ücün görülən işlərdən danışdılar.Gərənə kənd tam orta məktəbin müəllimi Sarıtel Ələsgərova,məktəbin riyaziyyat müəllimi,respublikanın əməkdar müəllimi Məhbubə Hüseynova,şəhidin bacısı Məruzə Quliyeva,qardaşı Bulud Zeynalov çıxış edərək Hafiz Zeynalovun həyatının böyüməkdə olan gənc nəslə örnək olduğunu vurğuladı. Şəhidin qardaşı qızı,IX sinif şagirdi Nərgiz Zeynalzadə əmisinə ithaf olunmuş seiri söylədi. Məktəbin şagirdlərinin hazırladıqları “ Şəhidlik zirvəsində ” mövzusunda kompozisiya iştirakçılara təqdim olundu. Tədbirdə xatirə şəkilləri çəkildi.
Bolgexeber.com







Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər