BolgeXeber.Com » Xəbərlər » Ərzaq və kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçirildi-Cəlilabadda
Ərzaq və kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçirildi-Cəlilabadda
16-02-2016, 16:00
Oxunub: 3 640
16 fevral 2016-cı il tarixdə Cəlilabad şəhər Heydər Əliyev Seyrangahının qarşısında süni qiymət artımının qarşısının alınması məqsədi ilə Cəlilabad Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilmişdir
Yarmarkada fermerlər tərəfindən 45 tondan çox müxtəlif növ yerli ərzaq və kənd təsərrüfatı məhsulları çıxarılıb. Satışa çıxarılan un,çörək, düyü, şirniyyat, meyvə,kartof,soğan,pomidor,xiyar,tərəvəz,süd məhsulları, yumurta, balıq, cücə,ət, arıçılıq məhsulları və s. məhsullar bazar qiymətlərindən 25-35% aşağı satılıb.
Cəlilabad Rayon İcra hakimiyyəti başçısı Əziz Əzizov və aparatının məsul işçiləri satış-yarmarkasına gələrək satılan məhsulların keyfiyyəti, qiyməti ilə maraqlanmış və alış-verişin vəziyəti ilə tanış olmuşlar.Rayon sakinləri yarmarkadakı qiymətlərdən və yaradılmış şəraitdən məmnunluqlarını ifadə edərək Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər və bu yarmarkaların ölkə rəhbərinin əhaliyə diqqət və qayğısı kimi qiymətləndirdilər.Ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkası mütamadi olaraq davam etdiriləcəkdir.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər