BolgeXeber.Com » Xəbərlər » “Bakı Şərab-1” ASC-nin firma mağazasının müdiri 86 min manat pulu mənimsəyib

“Bakı Şərab-1” ASC-nin firma mağazasının müdiri 86 min manat pulu mənimsəyib

18-02-2016, 18:33
Oxunub: 3 888 “Bakı Şərab-1” ASC-nin firma mağazasının müdiri  86 min manat pulu mənimsəyibİş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

“Bakı Şərab-1” Açıq Səhmdar Cəmiyyətinin Göyçay şəhərində yerləşən 4 saylı firma mağazasının müdirinin qanunsuz hərəkətləri barədə həmin cəmiyyətdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb

Bolgexeber.com Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırma zamanı qeyd edilən mağazanın müdiri Məhəmmədəli Qədirov tərəfindən şirkətin anbarından satış üçün verilmiş spirtli içkilərin dəyərinin kassaya mədaxil edilməməsi nəticəsində cəmiyyətə məxsus 86 min manat məbləğində pul vəsaitini mənimsəməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.