Nisyə variant yazdı, 80 min uduzdu - “Topaz”da biabırçılıq
22-02-2016, 22:10
Oxunub: 4 896
Bakı sakini “Topaz”da 80 min manat uduzub
“Report”un xəbərinə görə, 1988-ci il təvəllüdlü Taleh Musayev nisyə 80 min manat pulu oyunlara yazdırıb
Hadisə Nərimanov rayonu, A.Nemətulla küçəsi, 49Q-də yerləşən “Topaz” idman mərc oyunları məntəqəsində baş verib. Məntəqəni işlədən Bakı şəhər sakini İlqar Məmmədov polisə müraciət edib və T.Musayevdən şikayətçi olub. O bildirib ki, T.Musayev nisyə 80 min manat pulu oyuna yazdıraraq uduzub, lakin pulunu ödəməyib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Bölməsində (PB) araşdırma aparılır.
Əslində, "Topaz" məntəqələrində nisyə variantlar qəbul olunmalalıdı. Rəsmi mərc operatorunun "qara bazar"dan üstünlüyü də məhz bu olmalıdı. Göründüyü kimi, "Topaz" məntəqələri bu qadağaya məhəl qoymur.
Bu günə qədər "qara bazar"da yüzlərlə insan evini, maşınını, əmlakını uduzub. Bütün bunların başında isə nisyə variantların qəbulu dayanır. Pulu olmayan mərc həvəskarları udmaq həvəsi ilə böyük məbləğdə pul qoyuluşu edir. Variantlar gəlməyəndə isə ev-eşiyini satmaq məcburiyyətində qalır. İndi isə deyəsən "Topaz" eyni yola əl atıb...
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər