Azərbaycanlı aktyor bu duruma düşüb - FOTO
25-02-2016, 14:54
Oxunub: 3 916
Aktyor Allahverdi Yolçuyev həmkarlarının maaşlarının artırılmasını istəyib
Bolgexeber.com musavat.com-a istinadən xəbər verir ki, aktyor istəyini sosial şəbəkədə dilə gətirib:
“Millət vəkillərimizdən, aidiyyatı qurumlardan xahiş edirəm ki, mədəniyyət işçilərinin maaşını artırın. Sənətkar xalqın simasıdır, o yaxşı yaşamalıdır ki, yaxşı da yaratsın. Gözünüz önündə kino, teatr, musiqi tənəzzülə uğrayır, buna imkan verməyin. Mənim 58 yaşım var, onlarla tamaşalarda oynamışam, minlərlə film səsləndirmişəm, neçə-neçə filmə çəkilmişəm. Amma indi heç kimə lazım deyiləm. Niyə? Radio, televiziyada nə qədər fondda obrazlarım var, iyirmi ilə yaxın “Ovçu Pirim” obrazı ilə uşaqları sevindirmişəm, eləcə də aktyor həmkarlarım sənət üçün canlarını verirlər. 38 ildir sənətdəyəm, nə fəxri adım var, nə işim, nə də maaşım. İndi heç olmasa dublyaja gedib bir təhər dolanırıq. Bəs lap yaşa dolanda neyləyəcəyik? Axırıncı suala cavab lazım deyil, şəklə baxsanız biləcəksiniz. Hörmətli, səs verib seçdiyimiz millət vəkilləri sizdən kömək gözləyirik”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər