İlhamə Quliyevanın oğlu cinayət məsuliyyətinə cəlb oluna bilər – Vəkil
26-02-2016, 16:10
Oxunub: 4 105
“Mehriban Hüseynovanın cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi İlhamə Quliyevanın oğlu Orxan Nadirov ola bilməz”
Bunu M. Hüseynovanın vəkili Vasif Mirzəyev deyib. O bildirib ki, həmin cinayət işi üzrə O. Nadirov təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb oluna bilər: “Mehriban Hüseynovanı İlhamə Quliyevanın evində zorla saxlayan Orxan Nadirovla dostu Vüqar Bəkirov olub. Onlar Mehriban Hüseynovaya hədə-qorxu gəliblər. Biz də onların əməlinə qiymət verilməsi barədə istintaq orqanına müraciət etmişik. Buna hələlik istintaq orqanı tərəfindən qiymət verilməyib. Lakin gələcəkdə Orxan Nadirov cinayət məsuliyyətinə cəlb oluna bilər. Buna görə də o? zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi ola bilməz”.
V. Mirzəyev bildirib ki, istintaq orqanı İ. Quliyevanın hüquqi nümayəndəsini müəyyən edəcək: “Onun ölüm haqqında şəhadətnaməsi alındıqdan və istintaq orqanına təhvil verildikdən sonra bu məsələ həll olunacaq”.
Qeyd edək ki, M. Hüseynova ötən gün vəfat edən xalq artisti İlhamə Quliyevanın köməkçisi olub. O, İ. Quliyevanın şikayəti əsasında həbs edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər