Alı Alıyev Böyük Bəhmənli kənd sakinləri ilə görüşdü - FOTOLAR
1-03-2016, 12:21
Oxunub: 4 897
Füzuli RİHB Alı Alıyev Böyük Bəhmənli kəndində əhalinin həyatyani torpaqlarından istifadəsi ilə maraqlanıb
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi, həyatyani torpaq sahələrindən səmərəli istifadə olunması barədə Prezident cənab İlham Əliyev tərəfindən verilən tapşırıqların icrasına Füzuli rayonunda başlanılmışdır. Rayonda yerli istehsalın inkişaf etdirilməsi, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunması, idxaldan asılılığın azaldılması, həyətyani və pay torpaqlarından səmərəli istifadə olunması ilə bağlı konkret işlər görülür.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev aidiyyəti təşkilatların nümayəndələri ilə rayonun ən böyük yaşayış məntəqəsi olan Böyük Bəhmənli kəndində olub, kənd sakinlərinin həyatyani torpaq sahələrindən istifadəsi ilə maraqlanıb, heyvandarlıq və bostan-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan ailələrlə görüşüb, onlara məsələhət və tövsiyyələrini verib.
Bildirilmişdir ki, Böyük Bəhmənli kəndinin qaz, işıq, su və digər sosial qayğıları dövlət tərəfindən tam təmin edilmişdir. Kənddə iki məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi, klub fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub, kəndarası yollar asfaltlanıb.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin Böyük Bəhmənli kənd sakinləri ilə görüşündə qeyd olunub ki, 1322 təsərrüfatın mövcud olduğu kənddə əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi və heyvandarlıq təşkil edir. Böyük Bəhmənli kəndində əhalinin şəxsi təsərrüfatlarında 4500-ə artıq iri buynuzlu, 7500 çox xirda buynuzlu mal qara və qoyun-keçi vardır. Hazırda kənddə həyətyani torpaq sahələrində kartof əkininə başlanılıb, bostan-tərəvəz məhsullarınını yetişdirilməsi üçün şum aparılıb, şəxsi təsərrüfatda iri meyvə bağları və istixana yaradılıb.
Alı Alıyev kənd sakinləri ilə söhbətində qeyd edib ki, sovetlər dönəmindən Böyük Bəhmənli kəndi rayonda bostan-tərəvəz məhsullarının istehsalı ilə məhşur olub. Böyük Bəhmənli qarpızı, yemişi, kartofu, pamidoru xüsusilə seçilib. Alı Alıyev ümumiyyətlə rayonda əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatı üçün lazımi şərait olduğunu bildirib. Münbit torpaqlar və suvarma suyu ilə təminat onu deməyə əsas verir ki, rayon əhalisinin ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilə və respublika bazarına müxtəlif növ kənd təsərrüfatı məhsulları çıxarıla bilər. Bunun üçün ilk növbədə ərazidə məskunlaşan məcburi köçkünlər həyatyani torpaqlarından səmərəli istifadə etməli, kənd təsərrüfatı məhsullarının istehsalına xidmət edən işlər görməlidirlər.
Böyük Bəhmənli kənd sakinləri də rayonda yerli istehsalın inkişaf etdirilməsi, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunması, idxaldan asılılığın azaldılması, həyətyani və pay torpaqlarından səmərəli istifadə olunması ilə bağlı məsələdə həmrəylik nümayiş etdirdiklərini bildiriblər, Böyük Bəhmənlinin kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı əvvəlki şöhrətinin geri qaytarılması təşəbbüsünü birmənalı olaraq dəstəkləyiblər.
Bolgexeber.com

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər