Anar Məmmədovun 400 min dollarlıq saatı - FOTO
1-03-2016, 13:04
Oxunub: 4 042
Tanınmış vəkil Aslan İsmayılov Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun qiyməti 400 min dollar olduğu iddia edilən saatının fotosunu sosial şəbəkədə paylaşıb
Bolgexeber.com-un məlumatına görə, ölkənin gündəminə çevrilən saatla bağlı vəkil açıqlama yayıb.
Həmin açıqlamada deyilir:
Dünən 14 ildir ki, Nəqliyyat naziri olan Ziya Məmmədovun oğlu Anar Məmmədovun 400 minlik saatı barədə yazımı heç kim qərəz kimi başa düşməsin. Bu günə qədər dəfələrlə demişdim ki, Azərbaycanı talayan məmur oliqarxlar və onların balaları oğurladıqları bəs deyil, hətta oğurladıqlarını gözümüzə də soxurlar. Bütün məclislərin başında əyləşirlər. Özünə hörmət edən vətəndaş isə buna laqeyd olmamalıdır.
Sizlərdən də xahiş etmişdim ki, ölkədə ictimai qınaq yaratmaq, oğruları adları və faktlarla göstərmək üçün imkanı olanlar bu tiplərin mal-mülklərinin şəkillərini, heç bir qərəz olmadan, dəqiq bildiklərini paylaşıb soruşsunlar ki, bu qədər sərvət hansı pulların hesabına yığılıb?
Bunu hamı bilməlidir ki, vətəndaşlar ətrafdakıların nəyin hesabına qısa müddətdə varlandıqlarını bilsinlər. Bir məqamı xüsusi qeyd edirəm, özüm asket deyiləm, həmişə yaxşı yaşamaq istəmişəm və heç vaxt bəziləri kimi hamının yoxsul olmasını deyil, əksinə varlı olmasını istəmişəm. Halal pulları ilə sərvət toplayanları isə ancaq alqışlamaq lazımdır.
Lakin, bu var-dövlət kimlərinsə haqlarının yeyilməsi hesabına olmamalıdır. Bu gün pulsuzluqdan intihar edənlərin hesabına varlanan oğruları hamı tanımalı və qınaq obyektinə çevirməlidir. Bu yaxınlarda heç bir qərəz olmadan xalqa "qənaetcil olmaq lazımdır" deyən bir çox məmurların da saatlarını görəcəksiniz.
P.S. Bir daha hamıdan xahiş edirəm, bu prosesi qərəzli, kimlərləsə haqq-hesab kampaniyasına çevirməyək".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər