BolgeXeber.Com » Xəbərlər » Tovuz işıq idarəsində analoqsuz rüşvətxorluq - ŞİKAYƏT

Tovuz işıq idarəsində analoqsuz rüşvətxorluq - ŞİKAYƏT

2-03-2016, 11:59
Oxunub: 3 212 Tovuz işıq idarəsində analoqsuz rüşvətxorluq - ŞİKAYƏTNöqsan aşkar edildikdə və ya sayğac xarab olduqda vətəndaş nə etməli?

Tovuzun Qovlar şəhəri, Ə.Cavad küçəsi 6 №-li evdə yaşayan Əsgərov Əlövsət Kərəm oğlu tia.az-a şikayət məktubu göndərib.

Məktubu təqdim edirik: “Mən 2 uşağım və həyat yoldaşımla bərabər 15 sentyabr 2013-cü il tarixə kimi atam Əsgərov Kərəm Cəmil oğlunun Tovuz rayonunun Qovlar şəhəri Xəqani küçəsi 13- saylı evdə yaşamışıq. Mən Qovların Bakı-Tbilisi dəmir yolu vağzalının şimal tərəfində yerləşən “təzə-məhlə” adlanan ərazisindən aldığım 0,08 ha həyətyanı torpaq sahəsində, 2009-cu ildən başlayaraq yaşayış evi inşa etdirməyə başlamışam. Evi inşa etdirdiyim zaman mənim evimə elektrik xətti çəkilməmişdi. Ev hazır olduqda evə elektrik xətti çəkilmiş, sayğac quraşdırılıb. Evdə 15 sentyabr 2013-cü il tarixə kimi yaşayış olmadığı üçün elektrikdən istifadə olunmayıb. Uşağımın məktəbə getməsi ilə əlaqədar 14 sentyabr 2013-cü il tarixdə Qovlar şəhəri Ə.Cavad küçəsindəki evimizə köçmüşük. 4-gün sonra sentyabr ayının 19-da təsadüf nəticəsində məlum olub ki, mənim evimə qoyulmuş elektrik sayğacı işləmir. Elə həmin gün həmin əraziyə baxan nəzarətçiyə məlumat verilib. Digər tərəfdən qanunvericiliyə uyğun olaraq yazılı şəkildə Tovuz rayon Elektrik Şəbəkəsi İdarəsinə ərizə ilə müraciət edilib. Elektrik sayğacının işləməməsi barədə şifahi və yazılı məlumat verilməsinə baxmayaraq sayğac dəyişdirilmədi”.
Şikayətçi yazır: “20 gün sonra oktyabr ayının 11-də Tovuz Elektrik Şəbəkəsi İdarəsinin mühəndisləri İ.Qasımov və F.Tağıyev mənim evimə quraşdırılmış xarab elektrik sayğacına baxış keçirmiş və elektrik sayğacının işləməməsi, sərf edilmiş elektrikə görə akt tərtib etmək istədikləri vaxt, sayğacın işləməməsi barədə 20 gün əvvəl nəzarətçiyə və Tovuz Elektrik Şəbəkəsi İdarəsinə məlumat verildiyini, bu evdə 15 sentyabr 2013-cü il tarixə kimi yaşayış olmadığını, digər tərəfdən qazlaşdırılmış evdə elektrikdən az istifadə olunduğunu bildirmələrinə baxmayaraq mühəndislər, almaq istədiklərini ala bilmədikləri (rüşvət) üçün akt tərtib edərək 290 manat cərimə yazıblar. Bu evdə 15 sentyabr 2013 cü il tarixə kimi yaşayış olmadığını qonşular 09.12.2013 cü il tarixdə tərtib etdikləri aktda təsdiq edirlər, bu aktın düzgünlüyünü Tovuz rayon İHB-nın Qovlar şəhər İƏD-i üzrə nümayəndəsi də təsdiq edib.
Azərbaycan Respublikası Mülki Qanunvericiliyində;--- .......1. Sayğac nasaz olduğu halda hesablama necə aparılır? İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. .......( 290 manat : 30 günə= 9 manat 66 qəpik) Elektrik enerjisindən çox istifadə olunan şadlıq saraylarında, digər iaşə obyektlərində 30 gün müddətinə bu qədər elektrik enerjisi sərfinə yol verilmir. Mənim evimdə isə daha çox mavi qazdan istifadə olunur. Elektrik enerjisindən az istifadə olunur. Bunu oktyabr, noyabr, dekabr aylarında elektrik sərfiyatına görə ödədiyim qəbzlər də təsdiq edir. Orta hesabla 5-6 manat. Tovuz EŞİ-nin məmurları 30 günə mənə 290 manat cərimə hesablamışlar. Bu da qanunlarımızın “məmurlar” tərəfindən gobud şəkildə pozulmasıdır. ...........
2..Nöqsan aşkar edildikdə və ya sayğac xarab olduqda vətəndaş nə etməli? Hesablaşma uçot cihazında nöqsan əşkar edildikdə vətəndaş nöqsanun aradan qaldırılması üçün enerji təhcizatı müəssəsinə ərizə ilə müraciət etməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. ..........3..Sayğac yaşayış binasının girişində quraşdırıldığı halda onun korlanmasına görə vətəndaş məsiliyyət daşıyırmı? Xeyr, yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış sayğacların baxış şüşəsinin sındırılması və ya diqər mexaniki zədələr görə abonent cavabdehlik daşımır. Qanunvericiliyin normalarına uyğun olaraq vətəndaş nöqsan haqqında EŞİ-nə ərizə ilə müraciət etmiş, göründüyü kimi Tovuz Rayon Elektrik Şəbəkəsi İdarəsinin məmurları özləri nöqsanları aradan qaldırmaq əvəzinə, yuxarıda qeyd edilən normativləri gobud şəkildə pozaraq vətəndaşa 290 manat cərimə yazmışlar. Məmurlar hansı tariflərlə 290 manat cərimə yazdıqlarını bəlkə də ozləri qanunvericiliyi, normativləri, təlimatları bilmədikləri üçün, rüşvət almaq məqsədi ilə yazmışlar. Vətəndaşın isə həmin cəriməni ödəməsi imkanı xaricindədir. Ona görə də həmin 290 manat cəriməni, qanunvericiliyin normalarını bilmədikləri, normativləri gobud şəkildə pozduqları, təlimatları bilmədikləri, savadsız olduqları və vətəndaşın təqsiri olmadan, onu təqsirli bilib ona cərimə yazan “məmurlar” öz maaşları hesabına ödəməlidirlər.
Cərimə yazıldığı 09.12.2013-cü il tarixdə əsassız və qanunsuz yazılmış 290 manat cərimə haqqında, Tovuz EŞİ-də dəfələrlə olmuşam, aidiyyəti orqanlara şikayət edəcəyimi bildirmişəm, məndən heç hara şikayət etməməmi xahiş edib, onların səhvi ucbatından cərimə yazıldığını etiraf etmişlər. Bu nöqsanı özləri həll edəcəklərini bildirmişdilər. Son zamanlarda qanunsuz və əsassız yazılmış 290 manat cərimənin ödənilməsini məndən tələb edirlər. Azərbaycan Respublikasının Prezidenti İ. Əliyev cənabları müşavirələrdə rüşvətxorluğa, və məmur özbaşnalığına qarşı sərt addımlar atılacağı barədə verdiy sərəncam və tapşırıqlara Tovuz rayonunda “məmurlar” əməl etmirlər. Aidiyyəti qurumlardan xahiş edirik bu məsələni araşdırsınlar və ciddi tədbirlər görsünlər".
Bolgexeber.com