BolgeXeber.Com » Xəbərlər » Qonşusunu bıçaqlayan məktəb direktoru intihar edib - FOTO,VİDEO

Qonşusunu bıçaqlayan məktəb direktoru intihar edib - FOTO,VİDEO

2-03-2016, 13:11
Oxunub: 3 215 Qonşusunu bıçaqlayan məktəb direktoru intihar edib - FOTO,VİDEOLerik rayonunda qonşusunu bıçaqlayan kənd orta məktəbinin direktoru intihar edib

"Report"un əldə etdiyi məlumata görə, Adil Rəhimovun meyiti qardaşı, şəhid Valeh Rəhimovun qəbrinin üstündə aşkarlanıb.
Veri-Əliabad kənd orta məktəbi intihar edən direktorun qardaşı Valeh Rəhimovun adını daşıyır.
Qeyd edək ki, hadisə Lerik rayonunun Veri Əliabad kəndində baş verib. Kənd sakini 36 yaşlı Seyid Baloğlan oğlu Qurbanov və kənd məktəbinin direktoru işləyən Rəhimov Adil Yaqub oğlu arasında mübahisə düşüb. Münaqişə zəminində A.Rəhimov qonşusunu bıçaqlayıb.
Çoxsaylı bıçaq zərbələri alan yaralı bu gün səhər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Sinə, kürək və qol nahiyələrində kəsilmiş-deşilmiş yaralar olan Seyid Qurbanova hemopnevmatoraks, yəni ağ ciyərlərin hava və qan kütləsi ilə dolması diaqnozu qoyularaq, dərhal cərrahiyə əməliyyatına alınıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Bolgexeber.com