Rektor 24 yaşlı oğlunu prorektor qoydu - BAKIDA
4-03-2016, 11:46
Oxunub: 5 199
Rektor öz oğlu Günhan Hüseynlini universitetin İnzibati idarəetmə üzrə prorektor vəzifəsinə təyin edib
Təhsil sistemində gənclərin yüksək vəzifələrdə təmsil olunması nadir rast gəlinən hadisədir. Xüsusilə ali məktəblərdəki idarəetmədə daha təcrübəli, peşəkar kadrlara üstünlük verilir.
Bolgexeber.com axar.az-a istinadən bildirir ki, Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynli bu sahədə fərqlənib. Rektor öz oğlu Günhan Hüseynlini universitetin İnzibati idarəetmə üzrə prorektor vəzifəsinə təyin edib.
G.Hüseynli 1991-ci ildə Bakıda anadan olub. 2009-cu ildə M.Rüstəmov adına 32 saylı orta məktəbi, 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisası üzrə bitirib.
2013-cü ildən, 22 yaşından isə Bakı Avrasiya Universitetinin İnzibati idarəetmə üzrə prorektoru vəzifəsində çalışır.
Universitetdə gənclərlə dinamik fəaliyyətinə görə Gənclər və İdman Nazirliyi, eləcə də Yeni Azərbaycan Partiyası tərəfindən fəxri fərmanlarla təltif olunub.
2012-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Subaydır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər