BolgeXeber.Com » Xəbərlər » Yasamalda yaşayış evi yanaraq külə döndü-VİDEO

Yasamalda yaşayış evi yanaraq külə döndü-VİDEO

4-03-2016, 17:44
Oxunub: 3 262 Yasamalda yaşayış evi yanaraq külə döndü-VİDEOBu gün saat 14:00 radələrində Yasamal rayonu Abbas Mirzə Şərifzadə 1 küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasında yanğın baş verib

Hadisə binanın 1-ci mərtəbəsi ev 2-də qeydə alınıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunublar və yanğın söndürülüb.Yasamal rayon Fövqəladə Hallar nazirliyinin Yanğından mühafizə xidmətinin rəisi Rəşad Nəsirov BTV.AZ-a bildirdi ki,hadisənin baş verməsinə ilkin ehtimal kimi evdə işlədilən istilik sisteminin sıradan çıxması olub.
Qeyd edək ki,6 nəfərdən ibarət olan ailədə xəsarət alan olmasa da evin bütün əşyaları ,yanaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı Yasamal rayon Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə xidməti araşdırmalara başlayıb.
Bolgexeber.com