BolgeXeber.Com » Xəbərlər » İcra başçısının xidməti maşınında rəqs edən xanım kimdir? - VİDEO,FOTO

İcra başçısının xidməti maşınında rəqs edən xanım kimdir? - VİDEO,FOTO

7-03-2016, 14:29
Oxunub: 4 218 İcra başçısının xidməti maşınında rəqs edən xanım kimdir? - VİDEO,FOTOQabaq oturacaqda oturan xanım açıq-saçıq hərəkətləri ilə ətrafdakıların diqqətini cəlb edib

Bir neçə gün əvvəl Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun xidməti avtomobilinin saatda 180-lə hərəkət etdiyini əks etdirən video yayımlandı. Bu məsələ geniş əks- səda doğursa da Dövlət Yol Polisi İdarəsi bu məsələnin üstündən sükutla keçdi.Bolgexeber.com-un məlumatına görə, Niyazi Bayramovun xidməti avtomobili bu dəfə reportyor.org-un kamerasına tuş gəlib. Budəfəki kadrlar Bakıda- Tbilisi prospektindən Dərnəgül istiqamətinə gedən yolda çəkilib. Sayt bildirir ki, Mingəçevir şəhər icra başçısının xidməti avtomobilində, salonda qabaq oturacaqda oturan xanım açıq-saçıq hərəkətləri ilə ətrafdakıların diqqətini cəlb edib. Əl-qol hərəkətləri, ucadan oxudulan pop musiqi səsi, gülüş sədaları... Məgər AA seriyalı xidməti avtomobili belə idarə edərlər?
Reportyor.org başçısının xidməti avtomobilinin hansı istiqamətdə və hansı villaya getməsini növbəti yazıda videogörüntülərlə təqdim edəcəyini bildirib.

İcra başçısının xidməti maşınında rəqs edən xanım kimdir? - VİDEO,FOTO
İcra başçısının xidməti maşınında rəqs edən xanım kimdir? - VİDEO,FOTO
İcra başçısının xidməti maşınında rəqs edən xanım kimdir? - VİDEO,FOTO