Neftçaladan nazirə şikayət ünvanlandı - "Rəis qoçuluq edir"...
8-03-2016, 11:00
Oxunub: 4 232
"Azər Cəfərov və onun işçiləri Neftçala rayon Qoltuq kəndinin Xəzər dənizi sularında saxlayaraq məni hədələyib "sən niyə aylıq 100 manat haqqı vermirsən” deyərək üstümə hücum çəkdiklər"
NİA.AZ xəbər portalına Neftçalanın Qoltuq kənd sakini Pənah Gülüşov Əlizamin oğlu Rayonun Su Nəqliyyat Polis İdarəsinin rəisi Azər Cəfərov və onun işçiləri Anar və digər 2 nəfərdən daxili işlər naziri Ramil Usubova şikayət məktubu ünvanlayıb. Şikayəti olduğu kimi təqdim edirik:
"Azər Cəfərov və onun işçiləri Neftçala rayon Qoltuq kəndinin Xəzər dənizi sularında saxlayaraq məni hədələyib "sən niyə aylıq 100 manat haqqı vermirsən” deyərək üstümə hücum çəkdiklər. İnanın dəhşətli mənzərə idi. Elə bil kino çəkilirdi. Mən hansısa cinayətkar idim. Başımdan tutub suya soxaraq öldürəcəklərini bildirirlər.
Suyun ortasında qorxumdan nə edəcəyimi bilmirdim.Tək fikirləşdiyim sağ sahilə çıxmaq idi.Birdən beynimə fikir gəldi ki bunların istədiyindəndə artıq pul boyun alıb əllərindən qurtulmaq olar. Azər Cəfərova 500 manat pul boyun alaraq onlardan bir necə saat vaxt istədim və cəp kolazıyla (lotka)sudan quruya çıxıb evimə gəldim. Sizdən xahişim odur ki,saytınız vasitəsilə mənim başıma gətirdiklərini yayın,yayın ki ,mənim kimi incidilən balıqçılar xilas olsun.Yayın ki,ölkənin imicinə öz mənafeyi üçün xələl gətirən insanlar bilinsin.Cənab nazir Ramil Usubovdan xahişim bu kimi insanlarla bağlı ölçü götürülməsidir”
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər