BolgeXeber.Com » Xəbərlər » Tələbələrdən "Bahar Lahmacun"a etiraz: "Qiymətləri süni bahalaşdırıblar"

Tələbələrdən "Bahar Lahmacun"a etiraz: "Qiymətləri süni bahalaşdırıblar"

8-03-2016, 14:08
Oxunub: 6 248 Tələbələrdən "Bahar Lahmacun"a etiraz: "Qiymətləri süni bahalaşdırıblar""28 May" Metrosunun çıxışında yerləşən "Bahar Lahmacun" qiymətləri bahalaşdırıb

Bu barədə Miq.az-a Neft və Sənaye Universitetinin bir qrup tələbəsi yazıb.
Onların sözlərinə görə, əvvəllər "Berat Lahmacun" kimi tanınan, sonralar isə adı dəyişərək "Bahar Lahmacun" adlandırılan restoran qiymətləri əhalinin çox olduğu ərazidə sui-istifadə hallarına yol verərək bahalaşdırıb.
Tələbələr bildirirlər ki, Neft və Sənaye Universitetinin yaxınlığında yerləşən restoranın qiymətləri süni bahalaşdırması onlara ciddi problem yaradıb. "Belə ki, tələbələrin tez-tez müraciət etdiyi bu obyektin bu şəkildə qiymət artımına yol verməsi açıq-aşkar cibimizə girməkdir. Tutaq ki, Bakının hər yerində 1 dönər və ayranın ümumi qiyməti 1.5 AZN olduğu halda, burada 3 manat 20 qəpik civarındadır. Bu da tələbələr üçün həddindən artıq bahadır. Bundan başqa, digər yemək və içkilərin də qiyməti həddindən artıq bahalaşdırılıb".
Şikayət edən tələbələr bildirirlər ki, ölkədə nurçuların vurulmasından sonra "Berat Lahmacun"un adının dəyişdirilərək "Bahar" adlandırılması da təsaüdüfi deyil. Onlar bildiriblər ki, belə mərkəz bir ərazidə mövcud olan və süni qiymət artımına yol verən restoranın arxasında tanınmış məmurlardan biri dayanır. Ona görə də heç kim bu restorandakı süni bahalaşmaya etiraz da edə bilmir.
Ötən gün əməkdaşımız şikayətlə bağlı "Bahar Lahmacun"da olub. Orada çalışanlar qiymətlərin bahalaşdırılmasının səbəbini müştərilərin çox olması ilə əlaqəli olduğunu deyiblər. Həmçinin bildiriblər ki, bu, rəhbərliyin tapşırığıdır.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com