İlhamənin mirası ortalığı qatdı - Qanuni yolları
9-03-2016, 09:28
Oxunub: 3 858
Son günlər İlhamə Quliyevanın mirası ətrafında gəzən söz-söhbətlər Azərbaycanda mirasın verilmə qaydasını gündəmə gətirib
Bolgexeber.com anspress-ə istinadən bildirir ki, bunun əsas səbəbi çox vaxt vətəndaşların qanundan xəbərsiz olmalarıdır.
Buna görə son dövrlər əmlak mübahisələri ilə bağlı məhkəmələrin sayı da artıb. Problemin yaranmasına səbəb ölkənin Mülki Məcəlləsində nəzərdə tutulmuş vərəsəlik haqqında qanuna vətəndaşların düzgün əməl etməməsi və bilərəkdən pozmasıdır.
"Qanun üzrə, vərəsələr 6 ay müddətində notariat qaydada təyin olunur"
Məsələ ilə əlaqədar Milli Məclisin hüquq siyasəti komitəsinin üzvü Çingiz Qənizadə, qanun üzrə, vərəsələrin 6 ay müddətində notariat qaydada təyin olunduğunu dedi: "6 ay müddətinə 5 dərəcəli vərəsələr müəyyən olunur. Birinci dərəcəlilər mərhumun övladları olur. İkinci dərəcədə həyat yoldaşı, valideynlər, bacı-qardaş durur. Üçüncüdə nənələr, babalar, dördüncüdə xala, dayı, bibi, əmi, beşincidə isə dayı, xala, bibi, əmi uşaqları varis sayıla bilər. Əgər ölən şəxsin birinci növbəli qohumu yoxdursa, varislik avtomatik olaraq növbəti qohuma keçir", - deyə millət vəkili bildirdi.
Ölmüş şəxsin mülkünün bölüşdürülməsi
Çingiz Qənizadə onu da vurğuladı ki, əgər ortada vəsiyyətnamə varsa, o zaman miras payının kimə çatacağı bu sənədlə müəyyənləşdirilir. Yəni həmin sənəddə şəxs övladını yox, istədiyi hər hansı bir insana mirasını verə bilər. Amma bu zaman da ölən şəxsin qohumlarından kimsə vərəsə kimi notariat kontoruna müraciət edə bilər və onun vərəsəliyi təsdiqlənərsə, mirasdan bir hissə ona da düşə bilər.
Millət vəkili əlavə etdi ki, mirasın bölüşdürülməsi dərəcəliyə görə müəyyən olunur. Birinci dərəcəli şəxs (şəxslər) digər dərəcələrə görə mirasdan daha çox pay götürür.
Çingzi Qənizadə - millət vəkili
Hüquqşünas Tahir Əlirzayev deyir ki, ölmüş şəxsin mülkünə həbs iki halda qoyula bilər: ya həmin mülkün cinayət yolu ilə əldə edildiyi aşkarlanarsa, ya da mülk üzərində varislər arasında məhkəmə çəkişməsi olarsa.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər