Bakıda məşhur iş adamı və ailəsi ölümlə hədələndi
9-03-2016, 10:16
Oxunub: 748
İbrahimov polisə üz tutdu
“Təzə Bazar” MMC-nin sahibi, iş adamı Məmmədağa İbrahimov ölümlə hədələnib.
Bolgexeber.com musavat.com-a istinadən xəbər verir ki, ölümlə hədələnən iş adamı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edərək, bu barədə məlumat verib.
1957-ci il təvəllüdlü iş adamı polisə müraciətində bildirib ki, naməlum şəxs gizli nömrə ilə mobil telefonuna zəng edərək, onu və ailəsini ölümlə hədələyib.
İş adamının kim tərəfindən hədələndiyi araşdırılır.
Xatırladaq ki, bazar sahibi bir neçə dəfə ölkə mətbuatının gündəminə qalmaqallarla gəlib. Uzun zamandır “Bakı Mərkəzi Bazar” MMC-nin sahibi Vaqif Şıxəliyevlə iş adamı arasında mülk davası var.
Belə ki, “Təzə Bazar” MMC-yə hər iki iş adamı şərik olub. Və bazar uğrunda tərəflər arasında dəfələrlə dava baş verib.
Hətta bu davalar kütləvi hal da alıb. Bazarda bir neçə dəfə baş verən kütləvi davalara polis əməkdaşları müdaxilə etməli olublar.
M.İbrahimov mətbuata açıqlamasında V.Şıxəliyevin bir neçə adamı ilə onu ofisində döydüyünü və hədə-qorxu gəldiyini də bildirib.
Onu da əlavə edək ki, M.İbrahimov V.Şıxəliyevdən Daxili İşlər Nazirliyinə də şikayət etmişdi.
Qeyd edək ki, Vaqif Şıxəliyev 1993-cü ildə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub. 1995-ci ilin avqust ayında mərhum prezident Heydər Əliyev tərəfindən bu postdan kənarlaşdırılıb. Hazırda bizneslə məşğuldur.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər
- 4-03-2021, 18:26 : Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib, DİN açıqlama verdi - VİDEO
Xəbərlər
- 19-02-2021, 09:29 : İmişli kolxoz bazarında dəhşətli antisanitariya-Yerli camaat kömək istəyir(VİDEO)
Gündəm