Tərtərdə əhalinin tibbi müayinəsi ruh yüksəkliyi ilə davam etdirilir - FOTOLAR
10-03-2016, 13:28
Oxunub: 3 290
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Səhiyyə Nazirliyi tərəfindən fevral ayının 15-dən may ayının 2-dək əhalinin pulsuz tibbi müayinədən keçirilməsinə başlanılmışdır
Bolgexeber.com-a daxil olan məlumatda deyilir ki, bununla əlaqədar olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Sərəncam imzalanaraq müvafiq komissiya yaradılmış və qrafik hazırlanmışdır. Qrafik əsasında Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri əhalinin sağlamlığının qorunması, müalicəsi və profilaktikası məqsədilə fevral ayının 15-dən əhalinin tibbi müayinəsinə başlamışdır. Tibbi müayinə rayon Mərkəzi Xəstəxanası ilə yanaşı Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında da aparılır. Bu günədək ümumilikdə 15317 nəfər tibbi müayinədən keçmiş, onlardan 1216 nəfər ambulator, 20 nəfər stasionar müalicəyə cəlb olunmuş və 2 nəfər isə müalicə üçün Bakı şəhərinə yollanmışdır. 40 təşkilatda tibbi müayinə başa çatmışdır. Fevral ayından başlanan tibbi müayinə may ayının 2-dək davam edəcəkdir. Ümumilikdə tibbi müayinədən rayonun 51 yaşayış məntəqəsindən 57343 nəfərin keçməsi nəzərdə tutulmuşdur.
Respublika Prezidentinin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığını cəbhə bölgəsində yaşayan tərtərlilər minnətdarlıqla qarşılamışlar və dövlət başçısına öz təşəkkürlərini bildirmişlər.




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər