İlham Əliyev daxili işlər nazirinin I müavini vəzifəsi yaratdı - FƏRMAN
11-03-2016, 19:41
Oxunub: 1 415
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb
Fərmana əsasən, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də bir sıra dəyişikliklər edilir:
- 5.2-ci bənddə “Daxili işlər nazirinin” sözlərindən sonra “birinci müavini və” sözləri əlavə olunur:
"5.2. Daxili işlər nazirinin birinci müavini və müavinləri nazirin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər".
- 5.4-cü bənddə “həyata keçirilməsini” sözlərindən sonra “nazirin birinci müavininə, o olmadıqda” sözləri əlavə olunur:
"5.4. Azərbaycan Respublikasının daxili işlər naziri öz səlahiyyətlərinin həyata keçirilməsini nazirin birinci müavininə, o olmadıqda nazir müavinlərindən birinə tapşıra bilər".
Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu”nda 1-ci hissənin üçüncü abzası aşağıdakı redaksiyada verilir:
“Nazirin birinci müavini”;
2.2. 2-ci hissə üzrə:
2.2.1. iyirmi doqquzuncu abzas aşağıdakı redaksiyada verilsin:
“Maddi-Texniki Təminat Baş İdarəsi”;
2.2.2. otuz ikinci abzas ləğv edilsin və otuz üçüncü abzas otuz ikinci abzas hesab edilsin”.
Bolgexeber.com
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər