Salyan icra başçısından ilk möhtəşəm qəbul
12-03-2016, 14:57
Oxunub: 3 295
Sevindik Hətəmov əhali ilə görüşlərə başladı, ilk qəbula 150 nəfər adam gəlib
Məlum olduğu kimi, bir müddət əvvəl prezidentin sərəncamı ilə Salyanın icra başçısı dəyişdirilib.Bolgexeber.com xəbər verir ki, dövlət başçısının yeni sərəncamı ilə Tahir Kərimovu Yardımlının icra başçısı işləmiş Sevindik Hətəmov əvəzləyib.
Qeyd edək ki, Hətəmov hələ Yardımlıda işlədiyi zaman maksimum dərəcədə əhali ilə təmaslar qurur, rayonda bütün xeyir və şərlərdə iştirak edərək, görüşlərini də orada keçirirdi. Üstəlik, mövcud problemlərin aradan qaldırılması üçün bir sıra addımlar atdığını elə camaatın özü də təsdiqləməkdədir.
Salyana icra başçısı təyin olunmasının üzərindən 1 həftə keçməsinə baxmayaraq, Sevindik Hətəmov bu rayonda da Yardımlı variantını tətbiq etməyə başlayıb. Belə ki, dünən 170 nəfərə yaxın şəxs İcra Hakimiyyətinə gələrək, icra başçısının qəbuluna yazılıblar. Onlar üzləşdikləri problemləri rayon rəhbərinin diqqətinə çatdırıblar.
Verilən məlumatda vurğulanır ki, qəbula gələnlər arasında problemləri yerindəcə həll olunanlar olub ki, onlarla bağlı dərhal tədbir görülüb. Lakin bir çox məsələlərlə bağlı araşdırmaya əsas olduğundan onlarla bağlı yekun qərarların verilməsi bir qədər sonraya saxlanılıb. Lakin Sevindik Hətəmov bildirib ki, o, bundan sonra mütəmadi olaraq qəbullar keçirərək, rayonun problemlərini yoluna qoymaq üçün zəruri olan bütün addımları atacaq.
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər