Cəlilabadda bayram yarmarkası keçirildi
14-03-2016, 12:24
Oxunub: 3 566
14 mart 2016-cı il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan və səhər saatlarından başlayan yarmarkaya əhalinin tələbatına müvafiq olaraq 60 tondan artıq məhsul çıxarılıb
Satışa çıxarılan bayram sovqatları, un, düyü, şirniyyat, meyvə,kartof,soğan,pomidor,xiyar,tərəvəz,yumurta,quş əti, arıçılıq və digər məhsullar bazar qiymətlərindən 25-30% aşağı satılıb.Cəlilabad Rayon İcra hakimiyyəti başçısı Əziz Əzizov və aparatının məsul işçiləri satış-yarmarkada məhsulların keyfiyyəti ilə maraqlanıb və bildirib ki,belə yarmarkaların keçirilməsində məqsəd əhalinin ərzaq məhsullarına tələbatını daha dolğun ödəməkdir.
Bolgexeber.com-a daxil olan məlumatlarda deyilir ki, sakinlər qiymətlərdən ,yaradılan şəraitdən razılıqlarını və satış yarmarkaların süni qiymət artımının qarşısını almaqda mühüm əhəmiyyətə malik olduğunu bildirib .Qeyd edək ki,Cəlilabadda hər həftənin ikinci günü ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilməsi artıq ənənə halını alıb və mütamadi olaraq davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər