Bərdədə metal körpü əsalı təmirdən sonra açılıb-FOTO
14-03-2016, 12:48
Oxunub: 5 572
Yeni Əyricə-Əyricə avtomobil yolunun 2-ci km-də Tərtər çayı üzərində metal körpü əsalı təmirdən sonra açılıb
Körpünün açılışında rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı Zahid Oruc, “Azəryol” ASC-nin sədri Saleh Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Əyricə və Yeni Əyricə kəndlərinin sakinləri – cəmi 800 nəfər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev dünyada baş verən qlobal böhrana baxmayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti, abadlıq və quruculuq işləri aparıldığını, yeni tikilib istifadəyə verilmiş körpünün bunun canlı timsalı olduğunu diqqətə çatdırdı, sakinləri bu əlamətdar hadisə münasibəti ilə təbrik etdi.
Əsaslı təmir edilmiş körpünün eni 4 metr, uzunluğu 36 metr, yanaşma ilə birlikdə uzunluğu 40 metr, yük götürmə qabliyyəti 50-60 tona hesablanmışdır. Körpünün dayaqlarını sel sularından qorunması üçün suötürücü qurğu tikilmiş, tikintidə 15 ton metal və 150 kub metr betondan istifadə olunmuşdur. Körpünün tikintisi ilə əlaqədar yolun 1 km hissəsi asfaltlaşdırılmış, yolda 50 ədəd nişan və 300 ədəd siqnal dirəyi basdırılmışdır.
Körpünün əsaslı təmirinə cari ilin fevral ayında başlanmış və bir ay ərzində əsalı təmir işləri başa çatdırılmışdır.
Körpüdən 6 min nəfərdən çox ətraf kəndlərin sakinləri istifadə edəcəklər.
Tədbirdə “Azəryol” ASC-nin sədri Saleh Məmmədov, Milli Məclisin deputatı Zahid Oruc, kənd sakinləri Zahir Əhmədov, Məhərrəm Vahidov və Rafiq Məmmədov çıxış edərək sakinlərə göstərilən qayğıya görə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbir iştiraçkıları yeni körpüdən keçmiş, daha sonra ağır yük avtomobillərinin körpüdən keçməsini seyr etmişlər.
Tədbirdən sonra rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev kəndlərin sakinləri ilə söhbət etmişdir.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər