BolgeXeber.Com » Xəbərlər » Bakının Nizami rayonu: Yeni ruh və yeni görkəm - Fotolar

Bakının Nizami rayonu: Yeni ruh və yeni görkəm - Fotolar

14-03-2016, 14:21
Oxunub: 4 222 Bakının Nizami rayonu: Yeni ruh və yeni görkəm - FotolarSabitıik və iqtisadi inkişaf kimi, tikinti-quruculuq işləri də müasir Azərbaycanın bügünkü simasıdır

Ötən on iki il ərzində həm Bakı, həm də bölgələrdə infrastrukturun yenidən qurulması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, yeni yolların çəkilməsi və bir sıra digər irimiqyaslı işlərin həyata keçirilməsi nəticəsində Azərbayacanın paytaxtı kimi, ucqar rayonları da yeni görkəm alıb.

Bu gün dünyanı bürümüş iqtisadi böhrana, neft quymətlərinin kəskin ucuzlaşması nəticəsində Azərbaycanın da gəlirlərinin azalmasına baxmayaraq ölkə boyu tikinti-quruculuq işləri davam etdirilir. Bu sırada Bakının inzibati rayonlarında həyata keçirilən infrastruktur layihələri də diqqətdən kənarda qalmır.

Dahi şairin adı

Bu günlərdə yolumuzu paytaxtın Nizami rayonu ərazisinə salıb həyata keçirlən abadlaşdırma işlərilə yerində tanış olduq.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan rayon 1980-cı ilin noyabr ayında yaradılıb. 300 minə yaxın əhalisi olan rayonun ümumi ərazisi 19,6 kv km-dir. Rayonda yerli özünüidarəetməni Nizami və Keşlə bələdiyyələri həyata keçirir.

Nizami rayonu Nərimanov, Sabunçu, Suraxanı və Xətai rayonlarının inzibati əraziləri ilə əhatə olunur. Heydər Əliyev, Qara Qarayev, Babək prospektləri, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər” və “Xalqlar Dostluğu” metro stansiyaları Nizami rayonun ərazisinə düşür.


Zavodlar və ticarət mərkəzləri

Sənayenin müxtəlif sahələrini özündə birləşdirən Nizami rayonunda Heydər Əliyev adına Bakı Neft Emalı zavodu, Elektron Hesablama Maşınları zavodu, Peyk zavodu, “NJT-2000” firması, “Bakı Şərab-1” ASC, “Azərtunelmetrotikinti” SC-nin Dəmir-beton Konstruksiyaları zavodu, “Körpü Tunel” ASC, “Bakı Diyircəkli Yastıq” ASC, “European-Tobacco Baku” ASC, “Bakı Yağ-Qida Sənaye” ASC, “Veysəloğlu” MMC, “Kaspi-Yıldız” MMC kimi müəssisələr, 18 bank filialı, Nizami Telefon Qovşağı, 7 rabitə şöbəsi, iri ticarət və iaşə mərkəzləri fəaliyyət göstərir.

Məktəblər və idman qurğuları...

Rayonda 22 orta ümumtəhsil məktəbi, “Zəngi” liseyi, Kimya-biologiya təmayüllü respublika liseyi, Uşaq-Gənclər və Texniki yaradıcılıq mərkəzləri, 20 uşaq bağçası, 1 uşaq evi, eşitmə problemi olan uşaqlar üçün 2 respublika internat məktəbi, 2 peşə liseyi, 1 peşə məktəbi, 2 kollec və özəl ali təhsil ocağı olan “Xəzər” Universiteti yerləşir. Rayon ərazisində 9 xəstəxana, 13 ambulator poliklinika, 6 stadion, 8 idman-sağlamlıq kompleksi, 13 №-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbi fəaliyyət göstərir.

Qara Qarayevdən Çöbanzadəyə qədər...

Bu gün Nizami rayonunun əksər küçə və prospektlərində yenidənqurma və yaşıllaşdırma işləri aparılır. Qara Qarayev, Şərifli, Çobanzadə və sair küçələrdə səkilər müasir standartlara uyğynlaşdırılır, yollar təmir olunur, parklara yeni daş örtüklər döşənir. İstirahət güşələrini əhatə edən hasarlarının üzlük daşlarının yenilənməsi, işıqlandırma sisteminin təzələnməsi, mağaza və ticarət mərkəzlərinin sıx olduğu küçələrdə yolların genişləndirilməsi də görülən işlərin tərkib hissəsidir.

Uşaq əyləncə meydançaları

Diqqətçəkən məqamlardan biri də odur ki, hazırda Nizam rayonunda yaşayış binalarının qarşısındakı uşaq əyləncə meydançaları da yenidən qurulur, sakinlərin istirahətini təmin etmək məqsədilə binaların həyətində yaşıllaşdırma işləri aparılır, ağaclar əkilir, yeni oturacaqlar və uşaq idman qurğuları quraşdırılır. Təqdirəlayiq haldır ki, sadaladığımız bütün işlər yüksək zövqlə həyata keçirilir və xırda ən xırda kompenentlər belə Bakının müasir memarlıq ansamblı ilə uyğunluq təşkil edir.

İşlər davamlı olacaq

Ərazidə rastlaşdığımız məsul şəxslər bildirdilər ki, tikinti-abadlaşdırma işləri davam etiriləcək və gələcəkdə yeni yahihələr üzərində də iş aparılacaq.

Nizami rayonunda aparılan tikinti-abadlaşdırma işlərini əks etdirən fotoları təqdim edirik:
Bakının Nizami rayonu: Yeni ruh və yeni görkəm - Fotolar
Bakının Nizami rayonu: Yeni ruh və yeni görkəm - Fotolar
Bakının Nizami rayonu: Yeni ruh və yeni görkəm - Fotolar
Bakının Nizami rayonu: Yeni ruh və yeni görkəm - Fotolar
Bakının Nizami rayonu: Yeni ruh və yeni görkəm - Fotolar
Bakının Nizami rayonu: Yeni ruh və yeni görkəm - Fotolar