Bacısına elçi gələni bıçaqlayıb, özünü öldürmək istədi
15-03-2016, 15:53
Oxunub: 999
Ağdamda baş verən insidentin təfərrüatı açıqlanıb
APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün İmamqulubəyli məcburi köçkün qəsəbəsində yaşayan Papravənd kəndindən məcburi köçkün Sərxan Süleymanovun intihara cəhd etməzdən əvvəl bıçaqlanma hadisəsi törətdiyi məlum olub.
S. Süleymanov Göyçay rayon sakini olan Nəsib adlı şəxsə 4 bıçaq zərbəsi vurub. Həmin şəxs xəstəxanaya yerləşdirilib.
Göyçay rayon sakininin ailə üzvləri ilə birgə S. Süleymanovun bacısına elçi gəldiyi bildirilib. Yaxınlarından birinin yenicə dünyasını dəyişdiyini, yas saxladıqlarını deyən Sərxan əsəbiləşərək onu bıçaqlayıb.
Qeyd edək ki, bu gün İmamqulubəyli məcburi köçkün qəsəbəsində yaşayan Papravənd kəndindən məcburi köçkün Sərxan Süleymanov ov tüfəngi ilə özünə atəş açacağını bildirib.
Hadisə yerinə gələn polis əməkdaşları onu fikrindən daşındırmağa cəhd ediblər. Danışıqlardan sonra S. Süleymanov silahı polislərə təqdim edib.
İntihar cəhdini qəsəbə sakinlərindən biri ilə aralarında yaranan münaqişə ilə əlaqələndirən S. Süleymanov rayon Polis Şöbəsinə aparılıb.
Ağdam Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Sərxan Süleymanov intihara cəhdinin dəqiq səbəbini hələlik açıqlamır. Ağdam sakininin etirazına səbəb olan şəxsin axtarışı elan olunub.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər
- 4-03-2021, 18:26 : Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib, DİN açıqlama verdi - VİDEO
Xəbərlər
- 19-02-2021, 09:29 : İmişli kolxoz bazarında dəhşətli antisanitariya-Yerli camaat kömək istəyir(VİDEO)
Gündəm