Başçının adamına rüşvət ittihamı - Sabunçuda
16-03-2016, 11:34
Oxunub: 1 697
Bakının digər rayonlarından fərqli olaraq Sabunçu rayonunda ab-hava başqadır
Rayonun icra hakimiyyəti başçısı Adil Vəliyevin qəsəbə nümayəndəliklərindəki başbilənlər vətəndaşların şikayətlərinə baxmaq əvəzinə öz qanunsuz əməllərini hansı yollarla icra edəcəklərini düşünür və böyük narazı kütlə formalaşdırmaqdadırlar.
Bu mənada Sabunçu rayonunun Zabrat qəsəbəsinin icra nümayəndəsi daha çox seçilir. Qəsəbədə kəndxuda kimi tanınan Əsədov Vüqar Həsən oğlu heç bir vətəndaşın mövqeyinə, haqlı narazılığına məhəl qoymaz. Əksinə Zabratın baş “qoçusu” istədiyini qoparmayınca əl çəkən deyil. Hətta haqlı vətəndaşları hədələməkdən çəkinməyən kəndxuda Vüqar müavini Osmanov Arif, nümayəndəliyin tikinti işləri üzrə məsləhətçisi Rəsulova Rəna kimilərindən hal şahidi kimi də istifadə edir.
Zabrat icra nümayəndəsi Əsədov Vüqarın tələblərini bilməyən qəsəbə sakini yovdur. Bu şəxsin qanunu tikinti aparan qəsəbə sakinini yanına çağırıb pul tələb etməsinə qəribə baxmaq lazım deyil. Zabratlılar bu kimi hallara adi baxır. Qanuni yolla özünə ev tikən vətəndaş təcili icra nümayəndəsi, daha doğrusu Zabratın “qoçu”sunun haqqını verməlidir. Bu tələb olunan qanunsuz haqq isə nə az nə çox birmərtəbəli ev üçün 2000 manat, ikimərtəbəli ev üçün isə 4000 manat təşkil edir. Vüqar Əsədovun istəyini icra etməyənlər bu şəxsin tələbi ilə tikintini dayandırmaq məcburiyyətində qalırlar.
Maraqlısı odur ki, icra nümayəndəsi bu rüşvəti Sabunçu rayon icra başçısı Adil Vəliyevin adı ilə alır. Həqiqətənmi bu pulun icra basçısının tələbi ilə yığıldığını söyləməkdə çətinlik çəkirik. Bu barədə növbəti günlərdə araşdırmalarımızın yekunu olaraq məlumat verəcəyik.
İcra nümayəndəsinin qanunsuz əməlləri təkcə bununla bitmir. Zabratda eyni sənədlərlə torpaq satışı həyata keçirən Vüqar Əsədov vətəndaşlardan hər sotuna görə 3000-4000 manat alır. Amma vətəndaşlara verdiyi sənədin saxtakarlığına şübhə olmasada hələ ki, aidiyyatı qurumlar bu şəxsin qanunsuzluqlarına göz yumurlar.
Biz saytımızın qısa gün ərzində apardığı araşdırmanı diqqətinizə çatdırdıq. Ümid edirik ki, Sabunçu rayon icra başçısı tezliklə bu şəxsin və onun ətrafının qanunsuz əməllərinə hüquqi qiymət verəcək və sadə vətəndaşları aldadan icra nümayəndəsinin dələduz əməllərinə son verəcəkdir. (Bakunews.az)
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər