"Nur İnşaat"ın rəhbəri Azərbaycandan niyə qaçıb? - İTTİHAM VAR
16-03-2016, 12:34
Oxunub: 1 147
Abdullayev bir xeyli əvvəl Azərbaycandan qaçaraq, London şəhərinə sığınıb
Ötən gün «Vitr Fitnes» klub ətrafında baş qaldırmış qalmaqalla bağlı məlumat vermişdik. DİA.AZ-a müraciət edən klubun rəhbəri, tanınmış idmançı Vüqar Namazov bildirmişdi ki, «Nur İnşaat» şirkətindən yer icarəyə götürərək, fəliyyətə başlayıblar. Lakin şirkətin rəhbəri Rüstəm Abdullayev onların fəaliyyət göstərməsinə imkan vermir.
Bu gün isə klub ətrafında cərəyan edən proseslə bağlı daha bir maraqlı məlumat ortaya çıxıb. Dia.az-a yazan Kamal Murad adlı oxucu bidirir ki, «Nur İnşaat» şirkətinin rəhbəri Rüstəm Abdullayev sabiq MTN şefi Eldar Mahmudovun iş dünyasındakı ən yaxın adamlarından biri olub.
Onun sözlərinə görə, Abdullayev bir xeyli əvvəl Azərbaycandan qaçaraq, London şəhərinə sığınıb. «Bu adam London birjasında qiymətli kağızların alqı-satqısı zamanı 60 milyon dollar pul itirib. Buna görə də, şirkətlərinin çoxunu satmaq qərarına gəlmişdi».
Kamal Murad qeyd edir ki, Rüstəm Abdullayevin Bakıdakı işlərini Fuad Abdullayev adlı şəxs aparır. «Bu adam Azərbaycanda «Dəvət Camaatı»nın nümayəndəsidir. Eyni zamanda, həmin «camaatı» maliyyələşdirir. Onun «Dəvət Camaatı»nın liderləriylə London və Hindistanda görüşlər keçirdiyinə dair yetərli qədər məlumatlar var».
Sözügedən şəxs iddia edir ki, «VİTR Fitnes» klubunun bağlanmasında da məhz bu amilin böyük rolu var. Onun sözlərinə görə, «Dəvət Camaatı»nın mənəvi lideri Şeyx Abdullah Kaamli fətva verib. «Abdullah Kamali Fuada bildirib ki, həmin klubda qadın və kişilər eyni yerdə məşq etdiyi üçün oradan gələn gəlir haramdır. Ona görə də, dərhal haramdan çıxmaq üçün «VİTR Fitnes» klubun bağlanmasına çalışmalıdır».
Kamal Murad sonda bir məqama da toxunub. O qeyd edir ki, Rüstəm Abdullayevin böyük qardaşı bir neçə il əvvəl ürək tutmasından dünyasını dəyişib. «Çeçenlərlə biznes əlaqəsi olan bu şəxsin sonradan saxtakarlıqda ittiham edilməsi və barəsində ölüm hökmünün çıxarılması qardaşını ciddi narahat edib. Rüstəm Abdullayev də vəziyyətdən çıxmaq üçün çeçenlərlə danışıqlara gedərək, onlara Bakıda dəyəri 2 milyon dollar olan villasını bağışlamaqla anlaşma əldə edib. Amma qardaşı üzləşdiyi vəziyyətdən dolayı ciddi sters keçirərək, ürək tutmasından vəfət etmişdi».
Yazıda adları keçən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- 5-02-2021, 15:20 : Prezident bu qanunu təsdiq etdi
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- Dünən, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm
- Dünən, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər