BolgeXeber.Com » Xəbərlər » Füzuli RİHB Alı Alıyev Bakıdı məskunlaşan füzulili məcburi köçkünlərlə görüşdü-FOTO
Füzuli RİHB Alı Alıyev Bakıdı məskunlaşan füzulili məcburi köçkünlərlə görüşdü-FOTO
16-03-2016, 13:33
Oxunub: 993
Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır
Ölkə başçısının “Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm”, “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.
Rayon İcra Hakimiyyətinin Bakı nümayəndəliyi füzulili məcburi köçkünlərin sıx məskunlaşdıqları Sumqayıt şəhərində, Bakı şəhərində Yasamal və Binəqədi rayonlarında vətəndaşlarla görüşlər keçirmiş, məcburi köçkünlərin problemləri, təklif və qayğıları ilə maraqlanmışdır. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev isə Bakı şəhərində Nərimanov rayonunda füzulili məcbiri köçkünlərlə görüşüb, söhbət edib, onların problem və qayğılarını dinləmişdir.
Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi olaraq keçirildiyini bildirmişdir. Görüşdə Alı Alıyev ölkə başçısının Füzuliyə və füzulililərə olan diqqət və qayğısından danışıb, rayonda görülən işlərindən və görülməsi planlaşdırılan tədbirlərdən bəhs edib.
Alı Alıyev qeyd edib ki, vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəbləri, bu sahədə nəzərəçarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.
Görüşdə Füzuli rayonundan olan məcburi köçkünlərin müraciət və təklifləri dinlənilib. Məcburi köçkünlər tərəfindən qaldırılan məslələrdən həlli mümkün olanları yerindəcə həll edilib, digər qaldırılmış məsələlər həll edilməsi üçün nəzarətə götürülərək aiddiyati üzrə göndərilmişdir.
Füzulili məcburi köçkünlər müraciətlərinin həmişə diqqət mərkəzində saxlanıldığı bildiriblər, ən böyük arzularının işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunması olduğunu qeyd ediblər.
Məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-04-2021, 11:43 : Səlim Müslümov daha bir vəzifəsini itirdi - Yeni təyinat
Xəbərlər
- 7-04-2021, 11:53 : Cəlilabad meşələrində əkilən qoz bağlarına kimlər göz dikib-ŞİKAYƏT(VİDEO)
Gündəm
- 9-04-2021, 17:03 : Malik Həsənov: Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb
Siyasət
- 7-04-2021, 11:31 : Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor HƏBS EDİLDİ
Xəbərlər
- 17-03-2021, 12:24 : Bakı Apelyasiya Məhkəməsindən Ata Abdullayevlə bağlı QƏRAR
Siyasət
- 17-03-2021, 17:53 : Malik Həsənov: Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir
Siyasət
- 4-04-2021, 14:40 : Azərbaycanda rüşvət alan rəis belə həbs olundu - ANBAAN VİDEO
Xəbərlər
- 22-03-2021, 16:22 : Zirəddindən Azərbaycanla bağlı ŞOK PROQNOZLAR - Koronavirus, zəlzələ və... - VİDEO
Xəbərlər
- 17-03-2021, 11:37 : Arzu Rəhimovun Göyçaydakı adamı ittiham olunur - MÜRACİƏT
Gündəm
- 17-03-2021, 11:14 : Marşrut avtobusları 9 gün işləməyəcək? (AÇIQLAMA)
Sosial