Tərtərin Sarov kənd sakinləri ikiqat bayram sevinci yaşadılar-
16-03-2016, 16:13
Oxunub: 1 219
Tərtər şəhəri və rayonun 34 kəndi təbii qazla təmin olunub
Tərtər rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələrinin sırasına Sarov kəndi də əlavə olunub. 1346 nəfər əhalisi olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 15 min paqonometr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Mənzillərə 297 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən tədbirə rayon icra hakimiyyətinin nümayəndələri, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri böyük sevinclə qatıldılar.
Çıxış edən sakinlərindən kənd ağsaqqalı Mənsim Allahverdiyev, Surxay Mirzəyev, Svetlan Hüseynova bayram ərəfəsində kəndlərinə təbii qazın verilməsinə, regionların inkişafına, əhalinin sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğıya görə kənd sakinləri adından dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbiridə iştirak edən Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov çıxış edərək təbii qazın verilməsi münasibəti ilə sakinləri təbrik etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafdan, cəbhə bölgəsinə göstərilən dövlət qayğısından, infrastrukturun yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışdı.
Bildirdi ki, Tərtər şəhəri və rayonun 34 kəndi təbii qazla təmin olunub. Hazırda rayonun Seydimli, Kəbirli, Xoruzlu, Dəmirçilər, Ağkənd, Azad Qaraqoyunlu, Aşağı Qapanlı, İlxıçılar kəndlərində qazlaşma işləri sürətlə davam etdirilir, yaxın günlərdə bu kəndlərdə də təbii qaz sakinlərin istifadəsinə veriləcəkdir.
Sonra M.Məmmədov bir daha sakinləri kəndə qazın verilməsi və Novruz bayramı münasibəti ilə təbrik etdi.
Rayon rəhbəri ağsaqqalların iştirakı ilə “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırdı, kənd sakini Surxay Mirzəyevin fərdi yaşayış evində təbii qazın alovlandırılmasında iştirak etdi.
Bolgexeber.com




Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər