BolgeXeber.Com » Xəbərlər » Füzulidə müşavirə - Həyatyanı torpaq sahələrindən istifadəylə bağlı (Fotolar)

Füzulidə müşavirə - Həyatyanı torpaq sahələrindən istifadəylə bağlı (Fotolar)

19-03-2016, 13:35
Oxunub: 2 749 Füzulidə müşavirə - Həyatyanı torpaq sahələrindən istifadəylə bağlı (Fotolar)Alı Alıyev qeyd edib ki, ölkə başçısının tapşırığına əsasən rayonda xüsusi sənaye məhələsinin yaradılması nəzərdə tutulub

Füzuli rayon İcra Hakimiyyətində rayonda kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi, həyatyani torpaq sahələrindən səmərəli istifadə edilməsinə həsr olunan müşavirə keçirilib.
Bolgexeber.com xəbər verir ki, müşavirədə rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri, idarə, müəssisə təşkilatlar, ərazidəki icra nümayəndələri, bələdiyyələr iştirak edib.
Müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, aqrar rayon olan Füzulidə kənd təsərrüfatının inkişaf etdirilməsi, idxaldan asılılığın azaldılması, əhalinin həyatyanı və pay torpaqlarından istifadəsi ilə bağlı konkret işlərə başlanılıb, hazırda bu sahədə işlər davam edir.
Alı Alıyev qeyd edib ki, ölkə başçısının tapşırığına əsasən rayonda xüsusi sənaye məhələsinin yaradılması nəzərdə tutulub, Beş Zobucuq qəsəbələrinin mərkəzində yeni müasir tələblərə cavab kənd təsərrüfatı məhsullarının satış mərkəzinin tikintisinə başlanılıb, ərazidə iri fermer təsərrüfatlarının yaradılması ilə bağlı işlərə start verilib: “Bununla yanaşı biz fevral ayının əvvəllərindən başlayaraq ərazidə məskunlaşan əhalinin həyatyanı torpaqlarından səmərəli istifadə etməsi ilə bağlı əhali arasında təbliğat işlərinə başlamışıq. Rayon İcra Hakimiyyətinin aidiyyəti qrumların, bələdiyyələrin, yerli icra nümayəndələrinin iştirakı ilə yerlərdə həyatyanı və pay torpaqlarına baxış keçirilib, hər bir kənd sakini ilə görüşlər olub, əhali arasında maarifləndirmə, təbliğat işləri aparılaraq ərazidə yerli istehsalın inkişaf etdirilməsi, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunması, idxaldan asılılığın azaldılması, həyətyanı və pay torpaqlarından səmərəli istifadə olunması insanlara izah olunub. Aparılan işlərin nəticəsi olaraq bu gun ərazidə mövcud olan 12 minə yaxın həyatyani təsərrüfatların 90 % çoxunda əhalinin kənd təsərrüfatı ilə məşğul olmaları müəyyyən edilib. Əhali həyatyanı sahələrində əsasən bostan-tərəvəz məhsullarının yetişdirilməsi, meyvəçilik və heyvandarlıqla məşğul olur”.
Füzulidə müşavirə - Həyatyanı torpaq sahələrindən istifadəylə bağlı (Fotolar)
Füzulidə müşavirə - Həyatyanı torpaq sahələrindən istifadəylə bağlı (Fotolar)