BolgeXeber.Com » Xəbərlər » Baharın gəlişi cəbhə bölgəsi olan Tərtərdə sevinc hissi ilə qeyd olunur - FOTOLAR

Baharın gəlişi cəbhə bölgəsi olan Tərtərdə sevinc hissi ilə qeyd olunur - FOTOLAR

19-03-2016, 18:01
Oxunub: 3 663 Baharın gəlişi cəbhə bölgəsi olan Tərtərdə sevinc hissi ilə qeyd olunur - FOTOLARXalqımızın qədim ənənələrini özündə yaşadan Novruz bayramı cəbhə bölgəsi olan Tərtərdə sevinc hissi ilə qeyd olunur, müxtəlif el şənlikləri keçirilir

Bolgexeber.com xəbər verir ki, martın 19-da Tərtərlilər Novruzun gəlişini rayonun mərkəzi meydanında qeyd etmişlər. Bayramsayağı bəzədilmiş meydanda məktəblilərin əl işləri, müxtəlif oyunlar, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, tarix-diyarşünaslıq muzeyinin eksponatları nümayiş etdirilmişdir. Meydanda tonqal yandırılmış, gənc idmançıların və kəndirbazların çıxışları maraqla qarşılanmışdır. Gül-çiçək, səməni və xonçalarla bəzədilmiş meydana Bahar qız faytonla daxil olmuş, onun gəlişi böyük coşğu ilə qarşılanmışdır. Dədə Qorqud və Bahar qızı tərtərliləri Novruz bayramı münasibətilə təbrik etmişdir. Kosa və Keçəlin zarafatları iştirakçılarda xoş əhval-ruhiyyə yaratmışdır.
Bayram şənliyində çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri baharın gəlişi münasibətilə təbrik etmiş, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulamışdır.
Sonra həmyerlimiz Surxay Həsənovun sözlərinə həmyerlimiz Elçin Atayevin bəstələdiyi “Tərtərim” mahnısının tərtərli, respublikanın “Əməkdar artisti” Teyyub Aslanovun ifasında təqdimatı olmuşdur. Qəhrəman tərtərlilər həmyerlilərinin işbirliyini alqışla qarşılamışlar.
Teyyub Aslanovun ifa etdiyi mahnılar tədbir iştirakçılarına xoş ovqat bəxş etmiş, Moskvadan rayonumuza “Tərtərim” mahnısının təqdimatına gəlmiş Surxay Həsənovun qızı, pedaqogika üzrə fəlsəfə elmləri doktoru Mehriban Abdullayeva tərtərliləri bayram münasibəti ilə təbrik etmiş, rayon rəhbərinə, mahnının yaradıcı heyyətinə minnətdarlığını bildirmişdir.
Rayon mədəniyyət evinin özfəaliyyət kollektivinin çıxışları alqışlarla qarşılanmışdır.
Tədbirdə rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə rayon icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunmuşlar.