“Konfirom” MMC alıcıları aldadır?
24-03-2016, 11:11
Oxunub: 14 536
Ölkədə istehsal olunan “Darenka” şokolad məhsullarının üzərində istehsal tarixi və istifadə müddəti yoxdur
Axar.az-ın elektron ünvanına müraciət edən oxucular bildirir ki, şokoladların nə zaman istehsal olunduğu, istifadə müddətinin keçib-keçmədiyi yazılmadığından, bu südlü şokoladlara şübhə ilə yanaşmağa məcburdurlar.
“Darenka” şokoladlarının istehsalçısı “Konfirom” MMC-dən məsələ ilə bağlı bildirilib ki, kiloqramla satılan məhsulun üzərində istehsal tarixi yazılmır:
“Ticarətdə belə qayda-qanun yoxdur ki, kiloqramla satılan məhsulun üzərində istehsal tarixi yazılsın. Həmin kağızlar xaricdə sifariş olunur. Bükülüb yığıldıqdan sonra qutunun üzərinə istehsal tarixi vurulur. Mağazalarda da həmin qutular vitrinə qoyulmalıdır ki, alıcı məhsulu alanda istehsal tarixini görə bilsin. Lakin mağazalar buna əməl etmir”.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da qanunun mağazalar tərəfindən pozulduğunu bildirdi. Ekspertin sözlərinə görə, mağazalar istehlakçı hüquqlarına məhəl qoymur:
“Kiloqramla satılan konfetlərin üzərində istehsal tarixinin olmaması qanunidir. Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, həmin məhsul mağazada satışa qoyularkən qutunun üzərindəki istehsal tarixi, saxlama müddəti və s. qeydlər mütləq sözügedən satış bölməsində göstərilməlidir. Bu qayda isə həm yerli, həm də xarici məhsulların satışı zamanı pozulur”.
Xatırladaq ki, “Darenka” yerli məhsul olsa da, kifayət qədər məşhurdur və bahalı şokoladlardan sayılır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər