BolgeXeber.Com » Xəbərlər » Tərtər məktəbliləri Lənkəran-Lerik-Astara marşrutu üzrə tur-aksiyaya başladılar - FOTOLAR
Tərtər məktəbliləri Lənkəran-Lerik-Astara marşrutu üzrə tur-aksiyaya başladılar - FOTOLAR
24-03-2016, 11:58
Oxunub: 977
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya Tərtər rayonunun məktəbliləri də qoşulub
Martın 24-də Tərtər şəhərində rayonun məktəblilərindən ibarət qrupun Lənkəran-Lerik-Astara marşrutu üzrə tur-aksiyada iştirak etmək üçün yola salınması mərasimi keçirilib.
Bolgexeber.com xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, gənc nəslin hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən danışıb, dövlət başçısının tapşırığına əsasən təşkil olunan aksiyanı məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını bildirib. Hər bir bölgənin özünəməxsus xüsusiyyətləri, tarixi abidələri, adət-ənənələri, kulinariyası, coğrafiyası olduğunu qeyd edərək, tur-aksiya iştirakçılarına getdikləri bölgə haqqında geniş bilgilər əldə etməyi, yeni dostlar tapmağı tövsiyə edib və mənalı istirahət arzulayıb.
Rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirak etdiyi tədbirdə çıxış edənlər dövlətimizin başçısının tapşırığına əsasən təşkil olunan aksiyada məktəblilərə mənalı istirahət arzuladılar. Qeyd olundu ki, respublikamızın bütün bölgələrini əhatə edən maarifləndirici tur-aksiyaya bu gün cəbhə bölgəsində yerləşən Tərtər rayonunun məktəbliləri də qoşulur. Onların sevincini dillə ifadə etmək çətindir. Tur-aksiya şagirdlərin yaddaşında həmişəlik qalacaq, onların Vətənini, dövlətini sevən bir vətəndaş kimi formalaşmasında mühüm rol oynayacaq.
Sonra Heydər Parkında məktəblilər rayon mədəniyyət evinin rəqs qrupu ilə birgə rəqs edib şənləndilər.
Tur-aksiyada iştirak edən şagird, müəllim və müşayiətçilər ulu öndər Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət etdikdən sonra Lənkəran-Lerik-Astara marşrutu üzrə yola düşdülər.





Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 4-02-2021, 13:43 : Talançı oliqarxlar yenidən hədəfdə – Daha kimlərin həbsi real görünür?..
Gündəm
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- 5-02-2021, 15:20 : Prezident bu qanunu təsdiq etdi
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 4-02-2021, 13:19 : Prezident yeni yaradılmış agentliyə sədr təyin etdi (SƏRƏNCAM)
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm