BolgeXeber.Com » Xəbərlər » Əfsanəvi futbolçu Yohan Kroyf vəfat edib-Ən gözəl qolları

Əfsanəvi futbolçu Yohan Kroyf vəfat edib-Ən gözəl qolları

24-03-2016, 19:48
Oxunub: 5 178 Əfsanəvi futbolçu Yohan Kroyf vəfat edib-Ən gözəl qollarıƏfsanəvi futbolçu Yohan Kroyf dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi

25 aprel 1947-ci ildə Amsterdamda dünyaya gələn Y.Kroyf 69 yaşında vəfat edib.

Y.Kroyf futbolçu karyerası boyunca "Ayaks", "Barselona" kimi nəhəng klubların, o cümlədən Hollandiya millisinin lideri olub. Karyerası ərzində 752 oyun keçirən Y.Kroyf 425 qol vurub. Üç dəfə "Qızıl top"un sahibi olub. "Ayaks" və "Barselona"nın heyətində dəfələrlə Çempionlar kubokunu və ölkə çempionluğunu qazanıb.

Futbolçu karyerasını bitirəndən sonra Y. Kroyf məşqçi kimi də böyük uğurlar qazanıb.

Y.Kroyf XX əsrin ən yaxşı futbolçularından biri sayılır.

Əfsanəvi futbolçu Yohan Kroyf vəfat edib-Ən gözəl qolları
Əfsanəvi futbolçu Yohan Kroyf vəfat edib-Ən gözəl qolları