BolgeXeber.Com » Xəbərlər » "Azərsun" dövlətin kitablarından karton istehsal edir? — İLGİNC İDDİA

"Azərsun" dövlətin kitablarından karton istehsal edir? — İLGİNC İDDİA

26-03-2016, 11:45
Oxunub: 863 "Azərsun" dövlətin kitablarından karton istehsal edir? — İLGİNC İDDİA"Azərbaycanda kitabxanalar ləğv edilir, bəzilərinin kitabları isə maklatura şəklində karton istehsal edən müəssisələrə satılır"

Müzakirəyə səbəb ola biləcək bu açıqlamanı Ölkə.Az-a yazıçı-kulturoloq Aydınxan Əbilov verib. Əbilov bildirib ki, proses indi də davam edir:

"Bir müddət öncə ictimaiyyətin təklifini nəzərə alan prezident İlham Əliyev Azərbaycan və dünya ədəbiyyatının Azərbaycan dilində kütləvi nəşri barədə bir neçə fərman imzaladı. Fərmandan irəli gələrək 1500-dən çox kitab 25 min tirajla nəşr olundu və ölkənin bütün kitabxanalarına paylandı. Bundan sonra isə çox qəribə proseslər başladı. Həmin kitabxanalardakı kiril əlifbasıyla olan köhnə kitablarımız, o cümlədən rus əlifbası və rus dilində olan kitabların kütləvi surətdə məhv edilməsi prosesi getdi. Bildiyimə görə proses indi də davam edir. Ağına-bozuna baxmadan, latınca olmayan kitablar yandırılır, bir çox hallarda isə maşınlara doldurulub karton istehsal edən müəssisələrə satılır".

Kulturoloq istisna etmir ki, həmin kitabların bir qismi maklatura şəklində Rusiya, Türkiyə və İran kimi qonşu dövlətlərə də satılır:

"Biz dəfələrlə bu məsələni qaldırdıq. Amma hələ ki heç bir faydası olmayıb. Bildiyimə görə, Azərbaycanda karton istehsal edən yeganə müəssisə "Azərsun"dur. Çox güman ki, ölkə daxilində kitablar məhz bu şirkətə satılır. Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin bir məsul əməkdaşı da bildirdi ki, son zamanlar 1800-dən artıq kitabxana ya bağlanıb, ya da birləşdirilib. Bəs həmin ktabxanalardakı kitablar hara aparılıb, heç kim bilmir?! Bu mənfi tendensiyadır. Nə qədər bu tendensiya davam etsə, təhsilimizdə də problem olacaq, mədəniyyətimizdə də, ümumi səviyyəmizdə də. Fizuli adına Əlyazmalar İnsitutunda saxlanılan Nizaminin, Fizulinin, digər klassiklərin ərəb qrafikalı əlyazmalarını məhv etmiriksə, onda niyə kiril əlifbasıyla olan kitabları məhv etməliyik? Bu barbarlıqdır və qarşısı alınmalıdır".