Məktəblilər səyahətlərini uğurla başa vuraraq geri döndülər - Tərtərə
28-03-2016, 13:19
Oxunub: 783
Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən reallaşdırılan “Ölkəmizi tanıyaq” layihəsinin növbəti mərhələsində iştirak edən məktəblilər səyahətlərini uğurla başa vuraraq geri döndülər
Bolgexeber.com xəbər verir ki, tur-aksiyada iştirak edən Tərtər rayonunun IX-XI sinif şagirdləri və onların müəllimləri martın 27-də Lənkəran şəhərindəki Bayraq Meydanından yaşadıqları yaşayış məntəqələrinə yola düşüblər.
Məktəbliləri Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri yola salıblar.
Aksiyada iştirak edən 40 nəfər ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri dörd gün ərzində cənub bölgəsinə səyahət zamanı şəhər və rayonların tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələr, muzeylər, turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələrlə yaxından tanış olublar.
Səyahətdən gələn məktəbliləri Heydər Əliyev Mərkəzində doğmaları ilə birgə rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, rayon ictimaiyyətinin nümayəndələri qarşılayıblar.
Qrupun rəhbəri Elvin Umudov və məktəblilər tur-aksiyanın təşkilinə görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər. Qeyd olunub ki, məktəblilərin regionlara səfəri onların ölkəmizi daha yaxından tanınmasına şərait yaradır.
Məktəblilər səyahətlərini uğurla başa vuraraq geri döndülər


Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər