Bakıda müəmmalı gurultu - Kimsə nə olduğunu bilmir
28-03-2016, 15:20
Oxunub: 1 282
Bakının Səbail və Yasamal rayonları ərazisində dünən eşidilən müəmmalı gurultunun zəlzələ ilə bağlılığı yoxdur
Bu sözləri modern.az-a açıqlamasında AMEA nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, stansiyada qeyd olunan yazılar zəlzələ yazısı olmayıb.
"Həmin gün biz analiz etdik və birmənalı şəkildə məlum olub ki, zəlzələ baş verməyib. Sadəcə, yerin səthində müşahidə olunan hər hansı hadisə və partlayış olub ki, bunu da aidiyyəti qurumlar araşdırmalıdır. Yəni həmin gurtultunun yerdaxili proseslərə aidiyyəti yoxdur".
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov modern.az saytına olayla bağlı hər hansı informasiya olmadığını bildirib:
"Partlayış, yaxud hər hansı bənzər hadisə barədə "qaynar xətt"ə heç bir çağırış daxil olmayıb. Müraciət daxil olmadığından araşdırma aparılmır. Çünki araşdırma hər hansı çağırış üzrə başlanılır".
Qeyd edək ki, martın 27-də, saat 12:00 radələrində Bakının Səbail və Yasamal rayonu ərazisində müəmmalı gurultu eşidilib. Həmin səs o qədər güclü olub ki, hətta binaları da titrədib. Həmin səsələ paralel Badamdar qəsəbəsi ərazisində hiss edilən səs və binaların titrəməsi insanlar arasında təlaşa səbəb olub.
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər